Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"Atlant" İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir - ŞİKAYƏT

“Atlant” İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir – ŞİKAYƏT
“Atlant” İstirahət Mərkəzinindən şikayət var.

Yenixeber.org: Şikayətçi həftə sonunu keçirmək üçün “Atlant” İstirahət Mərkəzinə üz tutsa da, orada gördüklərindən dəhşətə gəlib:

“Həftəsonu bu məkana istrahət etmək üçün üz tutduq. Amma deyə bilərəm ki, əvvəlki “Atlant”dan əsər-əlamət qalmayıb: otaqları çox köhnəlib və əsaslı təmirə ehtiyacı var.

Hovuzlar bərbad vəziyətdədir: siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı, bir sözlə, nə desəniz, var. Üzməyə maneçilik törətmir, amma ki, xoş vəziyət deyil.

Hovuza girəndə elə bil Xəzər dənizinə girirsən. Kənarları yarpaqlarla doludur. Suyun altinda 1 metr qabagi görmək mümkün deyil. Bir sözlə, baxmsızlıq baş alıb gedir.

Sürüşkənlər çirklidir və yalnız 1-2-si işləydiyi üçün sıxlıq yaranır. Gunorta 1 saatlıq, axşam da saat 17:00-17:30-dan sonra bağlayırlar. Mərkəzdəki bilyard masalari köhnəlib, attraksionların çoxu işləmir.

Səhər yeməyi çox pis olmasa da, keyfiyyətsizdir. (Nahar və axşam yeməyi barədə məlumatım yoxdur.)

Tək müsbət cəhəti yaşıllıq və ağaclardır”.(yenigundem)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam