Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Ordu quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi...

hqdefault
Bu gün Azərbaycanda davamlı şəkildə və yüksək effektivliklə həyata keçirilən ordu quruculuğu sahəsində ilk addımlar 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən atmışdı.
Yenixeber.org: Həmin ilin 26 iyun tarixində milli hökumətin qərarı ilə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, həqiqətən də ölkədə ordu quruculuğu istiqamətində atılmış ilk və ən vacib addımlardan biri idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə məhz həmin tarixi gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ölkəmizdə milli silahlı qüvvələrin formalaşmasının ən əhəmiyyətli dövrü məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə aiddir: “Məlum olduğu kimi, 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı ilhaq edərək özünə birləşdirdi. Təbii ki, bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi də dayandı və bu durğunluq 1970-ci illərə qədər davam etdi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə çətin, mürəkkəb bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək çox çətindir. Təbii ki, SSRi-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Hətta buna imkan verməmək üçün Moskvadan Bakıya ezam olunan xüsusi komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığı barədə çoxsaylı rəylər təqdim edirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu cəhdləri heçə çıxardı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. Bu tarixi hadisədən cəmi 20 il sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Etiraf etmək lazımdır ki, Ümummilli Liderimizin atdığı təkcə bu addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçdiyini deməyə əsas verir. Lakin Ulu Öndərin bu sahədə gördüyü daha möhtəşəm işlər artıq müstəqillik illərinə təsadüf edir”.
Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra MilliOrdumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi.
Bütün bu inkişafın, uğur və nailiyyətlərin ən başlıca səbəbi, ordu quruculuğuna dövlətin müstəqilliyinə, xalqın milli maraqlarına sonsuz sədaqət və məhəbbət mücəssəməsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi idi.”
Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ali Baş Komandan ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Beləliklə, Şanlı Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq, irimiqyaslı hərbi əməliyyatlarda qalib gəldi və öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi.
Fuad Məmmədov: Aqrar Sahə İşçilərinin
Həmkarlar İttifaqı Birliyinin sədri

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam