Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“YAŞAT” Fondu və “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi günündə şəhid övladlarını təbrik edib-FOTOLAR

 

“Nar” 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “YAŞAT” Fondunun təşkilatçılığı ilə keçirilən “Hədiyyə Karvanı” layihəsinin gerçəkləşdirilməsinə dəstək olub.

Bu çərçivədə mobil operator Fondla birgə ölkə boyunca bütün şəhid ailələrindən olan 1700-dən çox uşağa bayram münasibətilə müxtəlif hədiyyələr təqdim etməklə onların bayramını təbrik edib. Vətən qarşısındakı mənəvi borcunu daim yerinə yetirən “Nar”ın bu layihədə başlıca məqsədi vətən üçün canlarından keçmiş qəhrəman şəhidlərimizin əmanətlərini sevindirmək və onların inkişafına dəstək olmaqdır. Layihə haqqında qısa hesabat videosunu buradan izləyə bilərsiniz.

Qeyd edək ki, “Nar”ın korporativ sosial məsuliyyət istiqamətinin əsas hissələrindən birini milli mənəvi irsin qorunması təşkil edir. Bu istiqamətdə “Nar” şəhid və qazi ailələrinə xüsusi diqqətin göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə uğurlu layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam