Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İyunda gözlənilən maqnit qasırğaları: başımıza zərbələri nə vaxt gözləmək olar?

 

İyun ayında üç maqnit qasırğası gözlənilir

Yenixeber.org-un məlumatına görə, onlardan ikisi kifayət qədər uzun, üçüncüsü isə qısa olacaq.

İyunun ilk maqnit qasırğası ayın 1-də başlayacaq və üç gün - iyunun 3-ü daxil olmaqla davam edəcək. Belə bir maqnit qasırğasının gücü 3-4 bal arasında dəyişəcək. Hava şəraitindən asılı olan insanların səhhətlərində ürəkbulanma, qan təzyiqinin yüksəlməsi, baş ağrıları və s. narahatlıqlar yarana bilər.

İkinci maqnit qasırğası iyunun 9-da başlayacaq və iyunun 12-də başa çatacaq. Onun gücü 4 bal olacaq. Belə qasırğa təkcə meteohəssas insanlara deyil, tamamilə sağlam insanlara da təsir edə bilər. Bu zaman daha çox dincəlməli, şəhərin səs-küyündə daha az iştirak etməli və mürəkkəb işləri təxirə salmalısınız.

İyunda üçüncü maqnit qasırğası cəmi iki gün davam edəcək - iyunun 28-dən 29-dək. Bütün dövr ərzində onun gücü 3 bal olacaq.

Maqnit qasırğalarının mənfi təsirini minimuma endirmək üçün hava şəraitindən asılı olan insanlara mümkün qədər tez-tez təmiz havada vaxt keçirmələri, kifayət qədər maye qəbul etmələri və sağlam həyat tərzinə riayət etmələri, rasiondan alkoqol, nikotin və zərərli qidaları çıxarmaları tövsiyə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam