Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ -İTTİHAM VAR...

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”
Yenixeber.org: Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Beyrək Fərəcovun fəaliyyətindən ciddi narazılıq var. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu vəzifəni müvəqqəti icra edən direktorun davranışı 53 əməkdaşın narazılığına səbəb olub.Onların bildirdiyinə görə, direktor əvəzi iş prosesində əməkdaşları, xüsusən xanımları nalayiq sözlərlə təhqir edir, qanunlara məhəl qoymur, bu davranışına etiraz edənlərə isə "Bura mənim idarəmdir, burada mənim sözüm qanundur” deyir.Mərkəzin kollektivi direktor əvəzi vəzifəsini icra edən B.Fərəcovun fəaliyyətinin araşdırılması və tədbir görülməsi üçün səhiyyə naziri Teymur Musayevə məktubla müraciət edib.Müraciətdə bildirilir ki, direktor əvəzi əməkdaşlarla qeyri-insani davranır, onları qanunsuzluğa vadar edir, işdən çıxarmaqla hədələyir. Bunun üçün müxtəlif bəhanələrdən istifadə edən B.Fərəcov müxtəlif bəhanələrlə işçilər barədə akt tərtib edir və bu akt əsasında onları işdən çıxaracağı ilə hədələyir. İşlədiyi müddətdə heç bir qanunsuzluğa yol verməyən işçiləri belə incidən direktor əvəzi idarənin tabeliyində olan xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edir.Mərkəz əməkdaşlarının ölkəmizdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində fasiləsiz əməyini belə dəyərləndirməyən B.Fərəcov idarəyə məxsus avtomobillərin əməkdaşların şəxsi vəsaiti hesabına təmirini tələb edir və qeyri-qanuni qazanc yolları tapır. Belə ki, o, idarənin səlahiyyətindəki dezinfeksiya və digər xidmətləri həyata keçirən əməkdaşların əməkhaqqına da göz dikib. Hər ay əməkhaqqı ödənildiyi zaman əməkdaşların hər brindən 10 AZN qanunsuz ödəniş tələb edir.İdarə əməkdaşlarının bildirdiyinə görə, direktor hər dəfə onlardan pul toplamaq üçün əlavə "problemlər” yaradır, demək olar ki, bütün xərcləri onların vəsaiti hesabına təmin edir: Baxmayaraq ki, bütün bu məqsədlər üçün idarəyə vəsait ayrılır, ancaq direktor vəzifəsini icra edən Beyrək Fərəcov hər dəfə işçilərdən pul yığılmasını tələb edir.Əməkdaşlar B.Fərəcovun qanunsuz fəaliyyətinin ciddi araşdırılacağına və son qoyulacağına ümid edirlər.(Bakufakt.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam