Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda! -FOTOLAR

narin-satis-ve-xidmet-sebekesi-artiq-samaxida

Bütün ölkə ərazisində sərfəli rabitə xidmətlərini hər kəs üçün əlçatan etməyə davam edən “Nar” yeni konseptli mağazasını bu dəfə Şamaxı şəhərində təqdim etdi. Müasir görünüşü və rahatlığı ilə seçilən mağaza Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə M.Şəhriyar küçəsinin kəsişməsidə yerləşir.

Yenixeber.org: Mağazanın açılışında iştirak edən “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib: “2024-cü ildə də bölgələrdə yeni “Nar” mağazalarını təqdim etməyə və satış şəbəkəmizi genişləndirməyə davam edirik. “Nar” olaraq, sərfəli qiymət siyasətimizə sadiq qalmaqla yanaşı, üstün müştəri təcrübəsi və yüksək keyfiyyətli rabitə xidmətlərini müştərilərimizə əlçatan etməyə qərarlıyıq”.

Mobil operatordan verilən məlumata görə, “Nar” bu il ərzində daha 15 yeni mağazasını Azərbaycanın bölgələrində təqdim etməyi planlaşdırır. Müştərilər özlərinə ən yaxın “Nar” mağazalarının ünvanlarını operatorun rəsmi saytından (nar.az) tapa bilər.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam