Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Antidopinq Agentliyi tender keçirmədən 660 min manatı Türkiyə şirkətinə ödəyəcək


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 659 min 900 manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Yenixeber.org: Antidopinq Agentliyi satınalma müqaviləsini Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Turkish Doping Control Center” adlı antidopinq analizi Iaboratoriyası ilə bağlayıb.

Məlumatda bildirilir ki, müqavilə “Dövlət satınalmaları haqqında” Qanununun 49.1.1-ci maddəsinə uyğun olaraq imzalanıb.
Qeyd edək ki, Qanunun qeyd olunan maddəsi satınalmaya o halda icazə verir ki, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda.
Məlumat üçün onu da bildirək ki, “Turkish Doping Control Center” Ümumdünya Antidopinq Agentliyində (ÜADA) akkreditə olunan yeganə laborotariya deyil. Hazırda dünyada ÜADA tərəfindən akkreditə olunan onlarla laborotariya fəaliyyət göstərir.  “Turkish Doping Control Center” də Türkiyənin Hacettepe Universiteti tərəfindən qurulan həmin antidopinq analizi Iaboratoriyalarından biridir.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam