Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"Atlas" klinikasında yoxlama: Pozuntular aşkarlandı -Külli miqdarda vergi borcu da var

           "Atlas Medical Center" Məhdud Məsuliyyətli Cəmiyyətində yoxlama aparılıb. 
Yenixeber.org: Məlumata görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilib və özəl klinikanın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. 
Bununla bağlı "Atlas Medical Center" MMC rəhbərliyi barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.
215.4-cü maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimiGültəkin Əsədovanın icraatındadır. 
 
Qeyd edək ki, "Atlas Tibb Mərkəzi" kimi tanınan "Atlas Medical Center"in qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur. Fərhad Əliyev məşhur iş adamı, "Şərq" bazarının rəhbəri, "Qorqud Holdinq"in prezidenti Heydər Əliyevin qardaşı oğludur.
Klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 171 min 464 manat qəpik vergi borcu var.(Qaynarinfo)  
Əhməd

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam