Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” eyni şəxslə yeni müqavilə imzaladı – 3,3 milyonluq yemək alacaq


“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara görə, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.

Tender müsabiqəsinin şərtlərinə görə, Ziyafət Fərzəliyev Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidmətini göstərəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev 12 ay ərzində həftədə 7 gün, sutkada 3 dəfə olmaqla 156 min 950 ədədi böyüklər, 18 min 250 ədədi isə uşaqlar üçün olmaqla hazır yemək təqdim edəcək və qarşılığında 3 milyon 335 min 258 manat 19 qəpik alacaq.
Məlumatlardan da göründüyü kimi, 1 ədəd hazır yeməyin orta qiyməti 19 manat olacaq.
Qeyd edək ki, Ziyafət Fərzəliyev daha əvvəl də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindək qurumalara hazır yeməklər təqdim edib.
Ötən il Sosial Xidmətlər Agentliyinə 6 milyon 422 min 706 manat 8 qəpik dəyərində hazır yemək satıb. 2022-ci ildə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) 62 min 304 manatlıq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə  978 min 125 manat 60 qəpiklik, Sosial Xidmətlər Agentliyinə 5 milyon 972 min 172 manat 24 qəpiklik hazır yemək təqdim edib.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam