Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Hikmət Mirzəyev üçün əlamətdar GÜN

 

Bu gün müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum tarixidir.

Yenixeber.org xəbər verir ki, generalın 56 yaşı tamam olur.

General-leytenant Hikmət İzzət oğlu Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.

1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.

1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.

1992-ci ildə Xocalıda Fərrux yüksəkliyini azad etmək üçün aparılmış hücum əməliyyatında kapitan kimi döyüşüb. 33 yaşı olarkən mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2018-ci ldə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi parada məhz general Mirzəyev başçılıq edib.

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan H.Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.
 
Cəbrayıl işğaldan azad olunarkən dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.

General Hikmət Mirzəyevin komandanlığı ilə Xüsusi Təyinatlı Qüvvələrin Şuşanın azad edilməsi uğrunda həyata keçirdiyi unikal əməliyyat dünyanın müxtəlif hərbi mərkəzlərinin də diqqətini cəlb edib.

O, aşağıdakı təltiflərə layiq görülüb:

Azərbaycan Respublikası Prezidentinin
01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni,
24.06.2003-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı,
21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı,
24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı,
25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı,
29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı,
29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı,
29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı,
24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı,
07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam