Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərləndi

 

Bakı-Sumqayıt yolunda ictimai nəqliyyatın axınını yaxşılaşdırmaq məqsədilə salınan avtobus zolağına qanunsuz daxil olan digər nəqliyyat vasitələri üçün cəza tədbirləri sərtləşdiriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır:

“Bir sıra yeni nəzarət mexanizmi və müasir nəzarət cihazları tətbiq edilə bilər. Lakin bu məsələ hələ danışıqlar ərəfəsindədir, yekun razılıq alındıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Hazırkı vəziyyətdə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələri qanunla 40 manat məbləğində cərimə olunur. Ola bilər ki, bu cərimə məbləği bəzi sürücülər üçün o qədər də böyük rəqəm deyil. Lakin biz bu problemin həlli üçün daha ağır cəza tədbirlərinin tətbiqini həyata keçirəcəyik”. (Oxu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam