Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycanda şagirdlər arasında “Hepatit A” virusu yayıldı –AÇIQLAMA

Son bir həftə ərzində Mingəçevirdə əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Yenixeber.org: Səhiyyə Nazirliyi faktla bağlı açıqlama verib. Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb, Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, fakta əsasən, beş nəfər uşaq hepatit A virusuna yoluxub:

“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir. Uşaqlar Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib”.

Həkim İlqar Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti hazırda yaxşıdır və valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilir.

TƏBİB-dən  verilən açıqlamada bildirilib ki, son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib:

“Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub”.(32gün.az)

https://bax.tv/son-xeberler/azerbaycanda-sagirdler-arasinda-hepatit-a-virusu-yayilib-187728?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam