Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeri gələndə GÖZ YUMUR... -BU DA FAKT!!!

Yenixeber.org: Bir müddət öncə Bakının Mərdanov Qardaşları 20 ünvanında yerləşən XIX əsrdə tikilmiş memarlıq abidəsinin xarici görünüşünə qanunsuz dəyişiklik edilməsi və restorana çevrilməsi ilə bağlı şikayətlər yenidən gündəmə gəlib. Məlum olduğu kimi, sözügedən memarlıq abidəsinin bir qapısı da 1990-ci illərdən sonra pəncərəyə çevrilib. Artıq iki ilə yaxındır, həmin yerdə “Boorda Cafe" fəaliyyətini eyni qaydada davam etdirir.
Daha əvvəl memarlıq abidəsinə müdaxilə olunması barədə məsələyə aydınlıq gətirən Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən mətbuata bildirilmişdi ki, qanun pozuntusuna yol vermiş şəxslərin cəzalandırılması üçün hüquq-mühafizə orqanları ilə birgə iş aparılır. Rəsmi qurumlar qanun pozuntusunun aradan qaldırılacağı, eyni zamanda memarlıq abidəsinin bərpa olunacağı vədini versələr də, uzun müddət keçməsinə baxmayaraq, hələ də heç bir nəticə yoxdur. Maraqlıdır, hüquq-mühafizə orqanları ilə birgə aparılan işin nəticəsi necə oldu?
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.
Dövlət Xidmətindən sorğumuza gələn cavab isə belə olub: “Bununla bağlı hələ ki bir yenilik yoxdur...”
Bir il müddətində heç bir tədbir görülməməsi müəmmalıdır..(pravda.az)
Məsələni diqqətdə saxlayacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam