Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR? - Mingəçevir MŞX-nin direktoru özbaşına -DE-FAKTO

Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR?
Yenixeber.org: İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu gün "yuxarılarda" böyük etimadının olması danılmaz bir faktdır. Amma deyəsən, bundan sui-istifadə edənlər peyda olub. Hər halda görünəni budur. Və ən maraqlısı da odur ki, ortalıqdakı sui-iztifadəçilər hətta yuxarı vəzifə sahiblərini belə təhdid edirlər.
Redaksiyamıza mötəbər mənbələrdən daxil olan informasiyadan aydın olur ki, hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru postunu tutan Faiq Arif oğlu Abdullayev qeyd etdiyimiz kimi - Mikayıl Cabbarovun ADAMI olduğunu qabardaraq həm öz "işlərini aşırdır", həm də onun qanunsuz əməllərinin qarşısını almağa çalışanlara təzyiqlər edir.
Bu barədə bizə danışan mənbə bildirir ki, Faiq Abdullayev hazırki vəzifəsində yenidir: "Keçən ilin dekabrında təyin olunub bu vəzifəyə. Amma buna rəğmən artıq adı bir neçə dəfə qalmaqalda hallanıb və hətta işini prokurorluq belə araşdırıb. Doğrudur, hələlik bu "problemlərini" yoluna qoya bilib və mümkündür ki, bu zaman da Mikayıl Cabbarovun adından istifadə etsin.
Amma daha dəqiqi odur ki, hal-hazırda aşkar şəkildə TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi rəhbərliyini təhdid edən Faiq Abdullayev onları özünün qanunsuz əməllərinə və özbaşınalıqlarına göz yummağa, edilən şikayətləri ört-basdır etmələrinə vadar edə bilir".
Onu da bildirək ki, redaksiyamıza F.Abdullayevin nəinki məmur, heç normal insan adına yaraşmayan davranışları haqqında da məlumatlar daxil olub. Bu barədə növbəti yazımızda...
P.S. Güman etmirik ki, Faiq Abdullayev sona qədər "Mikayıl Cabbarov" adlı çətirdən istifadə edə bilsin. Çünki dərəbəylik zəmanəsi deyil və Azərbaycan hüquqi dövlətdir...
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam