Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Kristal Abşeron”un ƏYİLMİŞ BİNALARI... -DE-FAKTO

“Kristal Abşeron”un tikdiyi bina əyilib: Sakinlər təhlükə ilə üz-üzə – VİDEO
“Kristal Abşeron” hər gün müxtəlif layihələrini reklam edir. Bu piar
fonunda isə onun Qaradağ rayonundakı “Qobu Park – 2” proyekti
hələ də problemlər girdabında bərq vurur. Lakin nədənsə, media
resurslarında bu binanın mövcud təhlükələri, sakinlərin üzləşdiyi
problemlər əvvəlkitək yada düşmür. Nədir bu susqunluq?
Vətəndaşların şikayətləri həllini tapdımı? Qətiyyən!
Yenixeber.org: İndi məlum olur ki, “Qobu Park – 2” layihəsinin bitməyən
problemləri davam etməkdədir, sadəcə, KİV bu mövzuya qayıtmağa
üstünlük vermir. Səbəb sadədir, “Kristal Abşeron” şirkəti gözə xoş görünməyə
çalışır. Yerli sakinlərdən gələn xəbərlərdə isə heç də vəziyyət ürəkaçan
görünmür: sürüşmə riski, binanın qəzalı olması ucbatından yenidən
təhlükəli şərait potensialı, susuzluq dərdi…
Bu məsələlər, problemlər aktuallığını itirməyib, sadəcə, müəmmalı şəkildə
mətbuatın gündəmindən çıxarıldı. Şirkət isə Qaradağdakı bu uğursuz projesinin
problemlərini səthi yoluna qoymaqla, çoxlarını susdurmağa çalışıb. Təsəvvür
edin ki, yeni tikilən bina qəzalıdır. Nə deməkdir bu ? Yeni bina nə üçün qəzalı
olsun ki? Deməli,“Qobu Park -2” layihəsi böyük yeyintilər, keyfiyyətsiz tikinti
ilə başa vurulub.
Sakinlər deyirlər ki,indi media onlara diqqət ayırmır, qəribə formada sükutla
üstündən keçirlər.
Hazırda binanınözülünə beton tökülüb. Guya təhlükəsizliyin qarşısını almağa
çalışırlar.
Əyilmiş binaya betontökülməsi nə dərəcədə doğrudur?
Bina tikilməmişdən öncə torpağın tərkibi öyrəniləndə səhvlər
buraxılıb. Yeraltı sular o istiqamətə axıb, təməlini yuyub. Bununla yanaşı ola
bilər ki, müxtəlif yer təkanları zamanı süxurun strukturu dəyişib. İnsan səhvi
də ola bilər.
Araşdırma
aparılmalıdır. Rəy verilməlidir ki, orada sakinlər yaşaya bilərlər, yoxsa yox.
(Tribunainfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam