Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölü doğulan institut haqda nekroloq: “Bu, demokratiyanın imitasiyasıdır”

Hüquq müdafiəçisi: “Bir halda ki, bu qurumu müvafiq dövlət orqanı təşkil edir, onun fəaliyyətində hansı yeniliklərdən danışmağa dəyər?!”

AİB sədri: “Onların formalaşmasından tutmuş fəaliyyətlərinə qədər hər şey nəzarət altında baş verir”

Yenixeber.org: Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuralar (İŞ) formalaşdırılıb. Nazirliklərdə, komitələrdə, rayon icra hakimiyyətlərində seçkilər yolu ilə vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət İŞ-lər təşkil olunub. Lakin bəzi dövlət qurumlarında hələ də belə şuralar fəaliyyət göstərmir. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyində belə bir şura mövcud deyil.

“İctimai iştirakçılıq haqqında” qanunla tənzimlənən İŞ-lərin təmsil olunduqları qurumlarda hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində iştirakı, habelə dövlət qurumları və vətəndaşlar arasında münasibətlərin inkişafına təkan verməsi nəzərdə tutulur. Lakin bir çox hallarda ictimai şuraların formalaşandan sonra heç bir fəaliyyəti nəzərə çarpmır və ictimaiyyət növbəti seçkilər zamanı bu şuraların mövcudluğundan xəbər tutur. Bəzi iddialara görə, mərkəzi və yerli icra hakimiyyətlərinin rəhbərləri özlərinə yaxın olan qeyri-hökumət təşkilatlarını bu şuralara cəlb edirlər.

İctimai şuralar necə yaradılır, onların funksiyaları nədən ibarətdir? Şuralar dövlət orqanlarında ictimai nəzarəti lazımi səviyyədə həyata keçirə bilirmi? İctimai şuraların fəaliyyəti dövlət-vətəndaş münasibətlərinin inkişafına hər hansı töhfə verirmi? “İctimai iştirakçılıq” haqqında qanunun tələbinə uyğun olaraq formalaşdırılan İŞ-lər bir təsisat olaraq özünü doğruldurmu?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, İŞ-lərin yaradılması idarəçilikdə mövcud olan qüsurları müəyyənləşdirmək baxımından ən effektiv yoldur: “İctimai şuraların formalaşdırılması prosesinə 2013-cü ildə başlanılıb və 2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanunla tənzimlənir. Qanunda nəzərdə tutulub ki, beş növ vətəndaş cəmiyyəti qurumu ictimai şuralarda təmsil oluna bilər. Bunlar qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri, bələdiyyələrin məhəllə komitələri və vətəndaşların təşəbbüs qruplarıdır”.

“İctimai şuralara üzvlük seçkilər yolu ilə formalaşdırılır və şuranın sədri və müavini üzvlər tərəfindən seçilir. Nəzəri baxımdan hər şey normaldır. Qanunda isə müəyyən boşluqlar var. Təcrübəyə istinad edərək söyləyə bilərik ki, ictimai şuralar aktiv fəaliyyət göstərə bilmir. Çünki bunun üçün münbit şərait yoxdur. Şərait yaradıldığı halda, onlar təmsil olunduqları qurumun maraqlarını müdafiə edirlər. Hansı ki, bu, birbaşa qanunvericiliyə ziddir”, - deyə həmsöhbətimiz bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bir çox hallarda dövlət qurumları ictimai şuralara keçirilən seçkilərə müdaxilə edir: “Əvvəlcədən qeyri-hökumət təşkilatlarının rəhbərlərinə, eləcə də digər kateqoriyadan olan seçicilərə müraciət edirlər ki, filan namizədlərə səs verin. Onlarla razılaşmayan vətəndaş cəmiyyəti institutları ilə münasibətləri sərinləşdirirlər. Bəzi seçicilər də bu amilləri nəzərə alır və müvafiq dövlət qurumu rəsmilərinin iradəsi əsasında səs verirlər”.

“Bir halda ki, bu şuranı aiddiyəti dövlət qurumunun özü təşkil edir, onun fəaliyyətində hansı yeniliklərdən danışmağa dəyər ki?! Baş verən neqativ halların qarşısını almaq, ictimai şuraların effektiv işləməsini təmin etmək üçün “İctimai iştirakçılıq haqqında” qanuna yenidən baxılmalıdır”, - deyə Məmmədov vuğurlayıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da məsələni şərhində söyləyib ki, İŞ-lərin fəaliyyətindən gözləntilər olsa da, bunlar baş vermədi: “Hansı ki, beynəlxalq təcrübədə vətəndaş cəmiyyəti institutlarının qararların qəbulunda iştirakı çox vacib elementdir. Müxtəlif icmalar, institutlar vasitəsilə insanlar dövlət orqanlarına çıxış imkanı əldə edirlər. Bu, həm qərarların qəbulu, həm ictimai mənafeyin təmin olunması, həm də şəffaf idarəçiliyə keçid baxımından vacibdir”.

“Lakin Azərbaycanda bu institut da işlək olmadı. İctimai şuraların formalaşmasından tutmuş fəaliyyətinə qədər hər şey nəzarət altında baş verir. Özü də bu nəzarəti aiddiyəti dövlət qurumlarının özləri həyata keçirir. “Mənim istədiyim şəxslər İctimai Şurada təmsil olunmalıdır”, “Onlar ictimai mənafeyi deyil, bizim maraqlarımızı qorumalıdır” məntiqi heç bir halda inkişafa gətirib çıxara bilməz. Bu, bir daha təsdiq edir ki, digər institutlar kimi, ictimai şuralar da formal olaraq yaradılıb və demokratiyanın imitasiyasıdır”, - deyə müsahibimiz qeyd edib.

AİB sədrinin dediyinə görə, ictimai şuraların təmsil olunduqları qurumların fəaliyyətindən xəbərləri yoxdur: “Bu halda onlar necə ictimai mənafeyi təmin edə bilərlər?! Təsəvvür edin ki, Azərbaycanda istehlakçı hüquqları addımbaşı pozulur. Buna məsul dövlət qurumlarının ictimai şuralarında təmsil olunan şəxslərin əksəriyyəti istehlakçı hüquqları barədə dərin anlayışlara malik deyil. Bəzi QHT sədrləri ictimai şuralarda təmsilçiliyi imtiyaz sayır və verilən tapşırıqları qeyd-şərtsiz icra edirlər. Çox təəssüf ki, ictimai şuralar da digər bəzi institutlar kimi, etimadı doğrulda bilmədi”.(AYNA)

 Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam