Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aerokosmik Agentliyinin ərazisi işbazlara satılıb -FOTOFAKT

     Aerokosmik Agentliyinin ərazisi işbazlara satılıb? - İDDİA
Azərbaycanda doxsanıncı illərin əvvəllərində hökm sürən xaos, dövlət nəzarətsizliyi infrastruktura, ekologiyaya ciddi zərbə vurdu. Ölkədə yaranmış xaosdan istifadə edən bəzi şəxslər dövlət mülkiyyətində olan inventarları, fabrik və zavodlara aid əraziləri satışa çıxardılar. Təəssüflər olsun ki, belə acınacaqlı məqamlara günümüzdə də rast gəlinir.
Yenixeber.org: İddialara görə ərazisi satılan zavodlardan biri də Binəqədi rayonunda yerləşən Milli Aerokosmik Agentliyinin ərazisidir.
Bir neçə il öncə böyük əhəmiyyətə malik zavodun ərazisinin iş adamlarına satıldığı, hazırda həmin ərazidə yaşayış binalarının tikildiyi bildirilir.
Google-maps sistemindən əldə etdiyimiz məlumatda da zavodun ərazisində tikinti işlərinin aparıldığı açıq-aydın görünür.
Araşdırmamız zamanı məlum oldu ki, ərazidə tikilən yaşayış binalarının tikintisi artıq yekunlaşmaq üzrədir.
Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur.
Agentlik Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Azfakt.com)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam