Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Saxta günəş eynəklərinin təhlükələri-DİQQƏTLİ OLUN!

 Türkiyəli oftolmoloq Dr. Fatih Edge saxta günəş eynəkləri mövzusunda insanları xəbərdarlıq edib.

“Saxta gün eynəkləri başda katarakta olmaqla bir çox göz xəstəliklərinə səbəb olur. Düzgün seçilməyən gün eynəkləri mütləq gözlərinizə zərər verəcək. Plug-in üsulu ilə eynək almayın” deyə  insanlara xəbərdarlıq edən oftolmoloq günəş eynəyi seçərkən nələrə diqqət edilməli olduğu haqda da məlumat verib

Yenixeber.org:  "Gün eynəyinin şüşəsi yüksək keyfiyyətli olmalıdır. Səhiyyə Nazirliyi xaricdən gətirilən bütün gün eynəklərinə qeydiyyat şəhadətnaməsi tətbiq edib. Eynəyinizi mütləq sertifikatla almalısınız. Ən vacib amil odur ki, eynəyin ultrabənövşəyi işıqlardan kəsici qeydiyyatı olsun. Saxta günəş eynəklərinin isə təhlükəsizlik standartları yoxdur.

Bu eynəklərdən istifadə torlu qişanı zərərli günəş şüalarından qoruya bilmir. Günəş şüalarına birbaşa baxmaq isə bir çox xəstəliklərə səbəb olur. Torlu qişanın zədələnməsi, katarakta kimi xəstəliklər bunlar arasındadır. Bu səbəbdən günəşli havalarda, xüsusilə yay aylarında gözümüzü qorumaq üçün günəş eynəklərindən istifadə etmək lazımdır. Lakin keyfiyyətsiz gün eynəkləri ultrabənövşəyi şüaları keçərkən göz bəbəklərini böyüdür. Bu, gözə daha çox zərərli şüaların daxil olmasına səbəb olur. Retinaya mənfi təsir göstərir, nəticədə narahatlıq yaranır. Saxta eynəklərdə isə bu qoruma olmur  və ya təsirsizdir. UV şüaları gözlərinizə və onların ətrafındakı zərif toxumalara təsir edərək katarakta, makula degenerasiyası və göz yanıqları kimi ciddi problemlərə səbəb ola bilər deyə Dr. Fatih Edge bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam