Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ağalar Vəliyevin şirkəti Heydər Əliyev adına parkda ağacları kəsib –DE-FAKTO

       Ağalar Vəliyevin şirkəti Heydər Əliyev adına parkda ağacları kəsib – VİDEO
Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən Heydər Əliyev adına parkda ağaclar kəsilib.

Yenixeber.org: Əməkdaşımız baş verənlərin şəxsən şahidi olub və bütün bunları videolentə alıb. Daha sonra apardığımız araşadırmalar zamanı ağacların inşaat işləri ilə əlaqədar kəsildiyi üzə çıxıb. Məlum olub ki, “Kristal Abşeron” şirkəti ərazidə hündürmərtəbəli bina tikir.
“Kristal Abşeron” MTK Azərbaycanın inşaat sektorunda aparıcı şirkətlərdən biridir. Şirkət əsasən Bakı və Sumqayıtda hündürmərtəbəli yaşayış binaları tikir.
Şirkət əvvəl Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərib. Ötən il isə təşkilati hüquqi formasını dəyişərək MTK-ya çevrilib.
Şirkətin qanuni təmsilçisi İbrahim Dostumalıyevdir. Lakin mediada gedən məlumatlardan aydın olur ki, o, MTK-nın sahibi deyil. “Kristal Abşeron” deputat Ağalar Vəliyevin şirkəti kimi tanınır. Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. Onun deputatlıq karyerası 2010-cu ildən başlayır.
Yəni, Ağalar Vəliyev 13 ildir deputat mandatı daşıyır. O, həm də “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədridir.
“Kristal Abşeron”un adı bir sıra qalmaqallarda hallanıb. Xüsusilə, şirkətin inşa etdiyi binalardakı idarəedilməsində sakinlərin üzləşdiyi problemlərlə bağlı mediada kifayət qədər material yer alıb.(reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam