Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"

"Son zamanlar iqlim dəyişmələrinin fəsadları özünü daha qabarıq göstərməkdədir. Daha çox yağıntıların qeyri-bərabər paylanması müşahidə olunur. Belə ki, Azərbaycanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir".
Yenixeber.org:  Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, bu ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb. Bu gün, iyulun 1-də artıq 3 sel hadisəsi müşahidə olunub.
Nazir müavini, həmçinin bəzi vətəndaşların sel-daşqın hadisələri zamanı məsuliyyətsız davranışlarına da fikir bildirib: "Təəssüflər olsun ki, bəzən sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir. Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır. Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var. Unutmamalıyıq ki, hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Selin istiqamətini öncədən müəyyənləşdirmək olmur.
Bununla yanaşı, sel iri gətirmələrlə , daş qaya ilə müşayiət oluna bilir. Bəzən əmlakını xilas etməyə çalışanlar öz həyatlarını təhlükə altına qoyurlar. Əhaliyə bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq şəkildə nəzərə alsınlar. Sel-daşqın hadisələri baş berən ərazilərdən mümkün qədər tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas edə bilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam