Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azəraqrar”-ın Mərkəzi Aran Regional İdarəsi qohumbazlığın girovluğunda -ŞİKAYƏT

 Yenixeber.org: Redaksiyamıza Ucar rayon Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlunun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədova ünvanladığı müraciətin surəti daxil olub. 
Müraciətdə deyilir: 
Cənab Nazir !Sizə bildirirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədovun yol verdiyi qanunsuzluq nəticəsində Ucar rayonunda ölüm hadisəsi baş vermişdir.
“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədov kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan saxta diplolmlu qohumu Cavid İsmayılovu (soyad ayrı olsada doğmaca qardaşı oğludur) Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin etdirmişdir.
Həmin vaxt İnam Kərimov Kənd Təsərrüfatı naziri vəzifəsindən çıxmış Məcnun Məmmədov hələ nazir təyin olunmamışdır. Yaranmış boşluqdan sui-istifadə edən Zamin Məmmədov öz maraqlarını həyata qanunsuzluqla keçirə bilmişdir. 
Nəticədə də Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş saxta diplomlu Cavid İsmayılov taxıl biçən kombayını texniki baxışdan keçirmədən işləməsinə göz yumduğu üçün 05 iyun 2023-cü il tarixdə təkər partlaması nəticəsində sürücü Yuxarı Şilyan kənd sakini Əhmədov Hakim Hətəm oğlu ölmüşdür. Demək olar ki, Ucar rayon ərazisində bütün kənd təsərrüfatı texnikaları texniki baxışdan keçirilmədən işə cəlb edilib.
Hörmətli Prezudent cənab İlham Əliyev Respublikada kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayır. Çox təssüf olsun ki, Ucar rayonunda həmin sərəncamların əlehinə olaraq yararsız kadr siyasəti aparılır. 
 Zamin Məmmədov özü kənd təsərrüfatından çox uzaq olan adamdır. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. Zamin Məmmədov işinin öhdəsindən gələ bilmədiyi kimi onun qardaşı oğlu Cavid Ismayılovda öz işinin öhdəsindən gələ bilmir.Hətda onun saxta diplomunda qeyd edilən təhsil özü bu sahəyə aid deyil. Bir neçə il əvvəl Cavid İsmayılov DSMF-nin Ucar filialına müdir vəzifəsinə təyin olunmaq üçün sənəd təqdim etmiş ancaq diplomunun saxta olması aşkar edildiyi üçün təyinat baş tutmamışdır.
Ancaq nazir təyinatının olmamasından sui-istifadə edən Zamin Məmmədov saxta diplomlu qardaşı oğlu Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin etdirə bilmişdir.
Cənab Nazir Sizdən xahiş edirəm müraciətimdə qeyd etdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol vermiş Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Zamin Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz və Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə ixtisaslı kadr təyin edəsiniz.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam