Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Bu qidalar yaddaş zəifliyi və zehni geriliyin qarşısını alır

Kakao və buna bənzər qidaların tərkibindəki flavonoidlərin antioksidant komponentlərinin beyində yaddaş funksiyalarını yaxşılaşdırdığı və yaşa bağlı zehni geriləməni azaltdığı müəyyən edilib.

Yenixeber.org: “Tech Explorist”də çıxan məqaləyə görə, Kolumbiya Universitetində flavonoid istehlakı ilə yaddaş arasındakı əlaqə araşdırılıb.

Tədqiqatda 3500 subyektə 3 il ərzində gündə 500 milliqram flavonoid həb və ya plasebo verilib.

Bitki və meyvələrə rəng verən flavonoid (flavan-3-ol) komponentinin gündəlik 500 milliqram əlavə olaraq verilməsi ilə subyektlərin söz ehtiyatı və düşüncə sürətini yaxşılaşdığı müşahidə edilib. Bu qida əlavəsi yaşla əlaqəli yaddaş funksiyası olanları yaxşılaşdırıb, zehni geriləmə xəstəliyi olan Alzheimer üçün tətbiq olunmayıb.

Qeyd edək ki, flavonoid yaşıl çay, yaşıl yarpaqlı tərəvəzlər, qara qarağat, soğan, alma, albalı, şaftalı, limon, üzüm və sitrus meyvələri də daxil olmaqla bir çox meyvə və tərəvəzin tərkibində var.

Kolumbiya Universiteti və “Brigham” Qadın Xəstəxanasının birgə apardığı araşdırma “PNAS” jurnalında dərc olunub.Yenixeber.org: 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam