Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan sabit və təhlükəsiz ölkə kimi xarakterizə edilib-Sorğu

 
Sosial Tədqiqatlar Mərkəzi “Azərbaycanı ictimai sabitlik baxımından necə bir dövlət kimi xarakterizə edərdiniz?” sualı ünvanlayaraq sorğu keçirib.
Yenixeber.org: Mərkəzdən verilən xəbərə görə, müxtəlif demoqrafik qrupların təmsil olunduğu rəy sorğusu Azərbaycanın təhlükəsizlik və ictimai sabitlik baxımından dövlət imicinə münasibətin yüksək olduğunu göstərib. Sorğuda iştirak edənlərin mühüm hissəsi - 66,2%-i Azərbaycanı sabit və təhlükəsiz ölkə olaraq xarakterizə edib.

Nəticələrin gender aspektindən təhlilinə əsasən, sözügedən istiqamətdə qadınlarla müqayisədə kişilər daha üstün mövqedə qərarlaşıblar. Azərbaycanın sabit və təhlükəsiz ölkə xarakteri müxtəlif nəsillər üzrə əksəriyyət tərəfindən yüksək qiymətləndirilib.

Cəmi 3,4% respondent sözügedən istiqamətdə suala cavabında “qeyri-sabitlikdir və təhlükəlidir” variantını qeyd edib. Respondentlərin 28,4%-i Azərbaycanı ictimai sabitlik və təhlükəsizlik prizmasından dəyərləndirməklə yanaşı, kənar təhlükə risklərini də istisna etməyiblər. Qeyd edək ki, mövcud geosiyasi dinamikada müəyyən qruplarda kənar təhlükə ehtimalının yaranmasına Azərbaycanın sülh quruculuğu istiqamətində regional siyasətinə və geosiyasi roluna qarşı bəzi təhdid elementləri ilə müşayiət olunan son silahlı hücum hadisələrinin təsiri istisna edilmir. Cüzi hissə (2,1%) bu suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğular 01-06 aprel 2023-cü il ərzində keçirilib, 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib.

Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam