Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Qanda yüksək xolesterin təhlükəlidirmi?” -Peşəkar açıqlama

 Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev “Həkim məsləhəti” rubrikasında “Qanda yüksək xolesterin təhlükəlidirmi?” mövzusunda ətraflı məlumat verib. 
Hospitaldan Yenixeber.org-a verilən məlumatda deyilir: Xolesterin bütün heyvanların, o cümlədən insanların hüceyrə membranlarında olan üzvi birləşmə, təbii polisiklik lipofil spirtdir. Xolesterin suda həll olunmur, yağlarda və üzvi həlledicilərdə həll olunur. Xolesterin bədəndə yağlardan, qlükozadan, amin turşularından asanlıqla sintez olunur. Gündə bədəndə 2,5 qr-a qədər xolesterin əmələ gəlir ki, onun təqribən 0,5 qr. qida ilə bədənə daxil olur.  
Qanda xolesterinin yüksək olmağı daha çox irsi faktorlar və bədəndə gedən metabolizm prosesindən asılıdır. Xolesterin bədəndə vacib rol oynayır: geniş temperatur diapazonunda hüceyrə membranlarınn sabitliyini təmin edir. D vitamini istehsalı, adrenal vəzlər tərəfindən müxtəlif steroid hormonların –kortizol, aldosteron, cinsi hormonlar: estrogenlər, progesteron, testosteron daxil olmaqla, öd turşularının istehsalı üçün lazımdır. 
Xolesterin qanda proteinə birləşib Lipoprotein yaradır ki, bir birləşmə növlərinə görə LDL(ASL) və HDL(YSL) yüksək və aşağı sıxlıqlı Lipoprotenlərə bölünür. Aşağı sıxlıqlı lipidlər pis xolesterin, yuxarı sıxlıqlı isə yaxşı xolesterin adlandırılır. Pis xolesterinin səviyyəsini artıran amillərə siqaret çəkmək, artıq çəki və piylənmə, fiziki fəaliyyətsizlik və ya fiziki fəaliyyətin olmaması, yüksək miqdarda trans yağların istifadəsi, qidada yüksək miqdarda karbohidratlar, lif və pektinlərin qeyri-kafi tərkibi, lipotrop amillər, poli doymamış yağ turşuları, elelementlər və vitaminlər, orqanın fəliayyətində olan müxtəlif pozğunluqlar ilə bağlı qaraciyərdə safra durğunluğu aiddir.

Alkoqoldan sui-istifadə, bəzi viral xəstəliklər, müəyyən dərmanların qəbulu ilə baş verir; həmçinin bəzi endokrin pozğunluqlar - diabetes mellitus, insulinin hipersekresiyası, adrenal korteks hormonlarının hipersekresiyası, tiroid hormonlarının, cinsi hormonların çatışmazlığı da “pis” xolesterinin səviyyəsini artırır. Xolesterol metabolizması pozğunluqlarının müalicəsi aşağıdakılardır: sağlam həyat tərzi, arıqlamaq, müntəzəm məşğələlər və yağlılığı az olan pəhriz.

Müsbət həyat tərzi dəyişiklikləri pis xolesterol səviyyələrinə əhəmiyyətli dərəcədə təsir etmədikdə, pis xolesterol səviyyəsini aşağı salan dərmanlar təyin edilir. "Pis" xolesterol səviyyəsini azaltmaq üçün ən çox istifadə edilən dərmanlar statinlərdir. Statinlər xolesterolu azaldan dərmanlardır. Bu ilk seçim müalicədir. "Pis" xolesterol səviyyəsini azaltmaq üçün istifadə edilən digər dərmanlara polikosanol, nikotinik turşu (niasin, niasin + laropiprant), bağırsaqda xolesterolun udulmasının inhibitoru - ezetimib  fibratlar və xolestiramin aiddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam