Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Baş ağrısından bağırsaqlara qədər müsbət təsir edən ÜZƏRLİK TOXUMU -Xalq təbabəti

 

Üzərlik bitkisi bir çox xəstəliyə faydalıdır. XV əsrə aid tibb kitablarında adı tez-tez çəkilən bu möcüzəvi bitkinin toxumları  olduqca xeyirlidir.

Yenixeber.org: Xalq arasında “göz otu” bitkisi kimi tanınan bu bitkini yandırıb, tüstüsünü evə verərkən mənfi enerjiləri mənfi enerjiləri yox etdiyi düşünülür.  

Üzərlik toxumunun faydaları:

  • Burun tıkanıqlığında təsirli bir dərman olduğu deyilir. Antioksidan təsir göstərdiyi üçün burun tıkanıqlığını aradan qaldırır, qrip, soyuqdəymə kimi xəstəliklərin yaranmasının qarşısını alır, xəstəliklərin daha qısa müddətdə sağalmasına kömək edir.
  • Bağırsaqların sağlam fəaliyyətini dəstəkləyir, bağırsaqlarda əmələ gələn zərərli bakteriyaların, parazitlərin və qurdların məhv edilməsini yardım edir.
  • Hormonların ifrazını da sağlam şəkildə dəstəkləyən üzərlik toxumları xüsusilə nizamsız aybaşı olanlara tövsiyə edilir. Bu ağrılı dövrü keçirənlərin ağrılarını aradan qaldırdığı deyilir.
  • Saç və baş dərisinə müsbət təsir edir. Üzərlik toxumu saç köklərini gücləndirir, saç tökülməsinin və qırılmasının qarşısını alır. Bu xüsusiyyəti sayəsində saçları əvvəlkindən daha qalın və sağlam edir. Saçların daha sürətli uzanmasına da kömək edir.
  • Mənfi əhval-ruhiyyə, xüsusən depressiya və stress üçün yaxşıdır. O, həmçinin stresslə əlaqəli baş ağrıları və yuxu problemlərinin həllini təmin edir. Həm də müntəzəm olaraq istehlak edildikdə yaddaşı gücləndirir.   

Üzərlik toxumlarını necə istifadə etməli?

Üzərlik toxumu çayını hazırlamaq üçün sadəcə aşağıdakıları etməlisiniz:

2 stəkan suyu kiçik bir qazana və ya böyük bir qəhvə qabına tökün, 2 çay qaşığı üzərlik toxumu əlavə edin və qaynadın. Təxminən 5-6 dəqiqə qaynadıqdan sonra ocağı söndürün, içindəki toxumları süzüb ayırın, soyuduqdan sonra içə bilərsiniz.

Əhəmiyyətli bir qeyd: Xroniki, ağır xəstəliyiniz varsa, mütəmadi olaraq dərman istifadə edirsinizsə və ya orqanizminizdə allergiya varsa, istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam