Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dəri-Zöhrəvi Mərkəzində adamın dərisin də çıxararlar... -Əgər özbaşına buraxsan...

Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır - Xəstələr türkəçarə mütəxəssislərinə müraciət etsinlər
"Son 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri kimi, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər.Kimi normal abu-havanın olmasını istədiyi xəstəxanada həkim,kimi də dərman təminatının tətbiqinin həyata keçirildiyi xəstəxana istəyində olub.Amma çifayda...axrıncı 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalovdan orada işləyən həkimlər narazı da qalıb,müxtəlif dövlət orqanlarına şikayət də ediblər".
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Mərkəzdə çoxsaylı həkim narazılıqları müxtəlif zamanlarda orada TƏBİB tərəfindən aparılan "yoxlamalar" la yekunlaşıb.Hər dəfə də, Müşfiq Zeynalovun əməllərindən edilən şikayətlər onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına ört-basdır edilib.Amma deyəsən son aylar Müşfiq Zeynalovdan şikayətçi olan Nərmin Qəzənfərova baş həkimi əməlli-başlı get-gələ salıb,Nərmin xanımın baş həkimdən etdiyi şikayətlərə Müşfiq Zeynalovun prezident administrasiyasındakı adamı da kömək edə bilmir.
Yəni Respublika Dəri-Zöhrəvi Mərkəzində operator işləmiş və işdən çıxarılaraq xadimə ştatına keçirilən,bununla barışmayıb şikayət edən Nərmin Qəzənfərovanın şoxsaylı şikayətlərinin qarşısını almaq çətinlik yaradıb.Bu dəfə Nərmin Qəzənfərovanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsmana etdiyi şikayət öz müsbət nəticəsini verib. Belə başa düşülür ki,Nərmin Qəzənfərovanın operator ştatından kənarlaşdırılması qanunsuz hesab edilir,əmək məcəlləsinin müvafiq tələblərinə zidd olduğu əsaslandırılır və o,işinə bərpa ediləcək.
Məlumata görə, Nərmin Qəzənfərova yenidən Əmək və Əhalinin Müdafiəsi nazirliyi yanında Əmək Müfəttişliyinə,Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev cənablarına,Birinci vitseprezident Mehriban Əliyevaya,hüquq-mühafizə orqanları rəhbərlərinə, bir sıra deputatlara,ictimaiət nümayəndələrinə üzləşdiyi haqsızlıqla əlaqədar müraciət edib.O, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalovun özbaşnalıqlarına son qoyulmasını tələb edir,onun əsas himayəçilərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də mühüm vəzifə daşıyan şəxslər olduğunu,onların da cəzalandırılmasını istəyir.
Qeyd edək ki,saytlarda Müşfiq Zeynalovun dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaq üçün bezdirdiyi,65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsinin müddətini uzatmayıb peşəkar həkimləri oradan uzaqlaşdırdığı,mərkəzdə boş otaqlar ola-ola həkimlərin 5-6 nəfər bir otaqda yerləşdiyini,Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasını,orada ixtisaslı aptek müdirini vəzifəsindən kənarlaşdırıb farmatsiya üzrə işçi kimi saxlayıb,onun da yerinə qeyri-rəsmi bu vəzifəyə Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunması yazılıb. Məlumata görə,TƏBİB-in bundan xəbəri olmayıb,icazə verilməsi müəmma olaraq qalır.Həmçinin,aptek müdiri ştatında işləyən şəxs Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs deyil".
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam