Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ucar RMX-da özbaşınalıqla savadsızlıq bir arada -VİDEO

Ucar rayon xəstəxanasının baş həkimindən şikayətlər bitib tükənmir - ŞİKAYƏT
Yenixeber.org: Redaksiyamıza Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Hüseynov Tofiq Qəfər oğlunun müraciəti daxil olub. Müraciətdə Ucar Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq və savadsızlıqdan bəhs olunur. Yazıda adları yer alan tərəfləri dinləmək istəsək də, alınmadı. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə təqdim edirik: 
Mənim atam Hüseynov Qəfər Tofiq oğlunu Ucar rayon Mərkəzi xəstəxanasında həkimlər səhv müalicə ediblər deyə, ürəyi xəstə düşdü və vəfat etdi.
Atam yüngül xəstələndi deyə Ucar rayon xəstəxanasına müraciət etdi. Orada Pərvanə adlı həkim atamı müalicə etdi. Uzun müddət müalicə alan atam günü-gündən zəiflədi. Səhhəti dahada pisləşdiyi üçün Göyçay xəstəxanasına apardıq. Orada müayinə edən həkimlər dedilər ki, müalicə səhv aparılıb deyə ürəyi çox zəifləyib. Bu minvalla atamın ürəyi ciddi xəstə düşdü və vəfat etdi.
Ucar rayon xəstəxanasında özbaşınalıq, savadsızlıq baş alıb gedir. Buna baxmayaraq qarşısı alınmır, heç bir tədbir görülmür. Çünki xəstəxanasının Zeynal Bayramlı adlı direktoru keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. Buna görə ondan hər gün əsaslı şikayətlər olsa da baxılmır, heç bir tədbir görülmür.
Prezident cənab İlham Əliyevdən xahiş edirəm, insanlara qənim kəsilmiş Ucar rayon xəstəxanasının direktoru Zeynal Bayramlının və orada işləyən savadsız həkimlərin barəsində tədbir görəsiniz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam