Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Qubada yol polisləri qarlı havada sürücülərə kömək ediblər -FOTOLAR

Qubada yol polisləri qarlı havada sürücülərə kömək ediblər

Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb. Bunu nəzərə alan yol patrul xidmətinin əməkdaşlarl qabaqlayıcı profilaktik tədbirlər keçirməklə bir çox xoşagəlməz hadisələrin qarşısını alıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstəriblər.

 

Gün ərzində hərəkət tənzimlənərək xüsusilə yolayrıcılarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam