Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pensiyaların artımı niyə verilmir?

 

 

     Azərbaycanda pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinin təmin olunması üçün Dövlət Sosial Müdafiə Fondundan (DSMF) il ərzində 21,6 milyon manat həcmində əlavə vəsaitin ayrılması tələb olunur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DSMF-nin rəhbəri Elman Mehdiyev bildirib. 

     

    "xeberinfo.com": Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yekunları üzrə inflyasiya 2,4 faiz təşkil edib. DSMF rəhbərinin sözlərinə görə, bu prosesin təmin olunması üçün hər ay 1,8 milyon manata yaxın vəsait tələb olunur ki, bu da fondun büdcəsində nəzərdə tutulur: "Artım pensiyaçıların 95 faizinə, təxminən 1,212 milyon nəfərə şamil edilir. Yerdə qalan dövlət qulluqçuları və vətəndaşların digər kateqoriyalarından ibarət beş faizin pensiyaları xüsusi qaydada hesablanacaq".

Onun sözlərinə görə, həmçinin dövlət icbari sosial sığortasına malik vətəndaşların pensiya kapitalları da indeksləşdiriləcək: "Ümumilikdə, pensiyaların sığorta hissəsinin artımının məbləği müxtəlif olacaq. Əmək pensiyalarının sığorta hissəsi çox olan şəxslərdə müvafiq olaraq pensiyaya artım da çox olacaq".

E.Mehdiyevin sözlərinə görə, cari ilin yanvar ayının pensiyalarının artıq verilməsinə baxmayaraq, onlar da qanuna uyğun olaraq indeksləşdiriləcək: "İndeksləşdirmə nəticəsində verilməli olan məbləğ də fevral ayının pensiyasına əlavə ediləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam