Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət büdcəsi yarım il ərzində kəsirlə icra olunub

 

2015-ci ilin ilk 6 ayının yekununa əsasən, Azərbaycan dövlət büdcəsində 770,9 milyon manat (ÜDM-in 2,9 faizi) kəsir yaranıb.Ötən ilin analoji dövründə bu göstərici 615 milyon manat təşkil edirdi.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Trend-ə hökumətdən məlumat verilib.

Artıq ardıcıl dördüncü aydır ki, dövlət büdcəsi defisitlə icra olunur.

Yanvar ayında dövlət büdcəsinin profisiti 421,6 milyon manat və ya ÜDM-in 11,6 faizi təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 16,9 dəfə artıb. Yanvar-fevral aylarında dövlət büdcəsi 80,1 milyon manat profisitlə icra olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 61,8 faiz çoxdur. Yanvar-mart aylarında büdcə 251 milyon manat, yanvar-aprel aylarında 822,5 milyon manat, yanvar-may aylarında isə 905,8 milyon manat defisitlə icra olunub.

2015-ci ilin 6 ayı ərzində dövlət büdcəsinin mədaxili 7,81 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,4 faiz azdır. Büdcənin xərcləri isə 1, 7 faiz azalma ilə 8,58 milyard manat təşkil edib.

Daxilolmaların 42,9 faizi (3,35 milyard manatı) Vergilər Nazirliyinin xətti ilə təmin edilib. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 765,3 milyon manat (9,8 faiz) ödəyib. İllik hesablamalara görə vergi daxilolmaları 6,9 faiz azalıb, gömrük ödənişləri isə 4,4 faiz artıb.

Funksional təsnifata uyğun olaraq, iqtisadi fəaliyyətlə bağlı xərclərə 45,34 faiz və ya 3,89 milyard manat vəsait yönəldilib. Bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,9 faiz və ya 201,2 milyon manat azdır.

Bu məbləğdən 3,57 milyard manat (0,3 faiz artımla) sənaye, tikinti və faydalı qazıntılar, 169,5 milyon manat (13,3 faiz azalma) isə kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi üzrə xərclərə ayrılıb.

2015-ci ilin yanvar-iyun aylarında sosial təyinatlı və mühafizə tədbirlərinin maliyyələşdirilməsinə 11,2 faiz və ya 962,5 milyon manat, səhiyyə tədbirlərinin maliyyələşdirilməsinə isə 3,4 faiz və ya 292,3 milyon manat yönəldilib.

2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiqlənib. Büdcə proqnozları neftin bir barelinin 90 dollar qiyməti üzrə formalaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam