Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neft Fondunun aktivləri azalıb

 

2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 054,0 milyon manat, büdcə xərcləri isə 4 042,1 milyon manat təşkil edib.

"Xeberinfo.com":  Fonddan azvision.az-a verilən məlumata görə, 2015-ci ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 5,7 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəliri 8 013,4 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılıb.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 milyon manat vəsait ayrılıb. 5,9 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

“Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib.

2015-ci il iyulun 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 3,56% azalaraq 35 783,3 milyon ABŞ dollarına bərabər olub. İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam