Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

 

 

  

Azərbaycan İKT sahəsində yerli peşəkarların yetişməsi məqsədilə keçirilən “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) növbəti dəfə keçirildi. Texniki peşə istiqamətlərində təhsil alan tələbələr üçün nəzərədə tutulan təlim proqramı mobil operator “Nar” tərəfindən hazırlanır.

Yenixeber.org: Təlimdə iştirak edən tələbələr mobil rabitənin tarixi, təkamülü, standartları, həmçinin, şəbəkə arxitekturası və texnologiyaları kimi əhatəli mövzular haqqında biliklər əldə edir. Bütün mövzular “Nar”ın texniki heyəti tərəfindən mobil operatorun təcrübəsi əsasında hazırlanır və elə texniki heyətin əməkdaşı tərəfindən keçilir. Təlimlər zamanı tələbələr suallarını birbaşa mobil operatorun nümayəndəsinə ünvanlamaq imkanı əldə edir.

Qeyd edək ki, “Mobil rabitənin əsasları” təlimi “Nar” və AzTU arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində davamlı olaraq hər il keçirilir. Bu təlimlərin tələbələrin universiteti bitirdikdən sonra karyeralarına daha rahat başlanğıc etmək və qısa zamanda rabitə sahəsinin peşəkarlarına çevrilmək imkanı yaradır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam