VHP Gəncədə Xocalı soyqırımının 30-cu il dönümünü qeyd edib -FOTOLAR
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xocalı, Göygöl rayon və Gəncə şəhər təşkilatların üzvləri Xocalı soyqırımının 30- cu il dönümü ilə bağlı Gəncə şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Yenixeber.org: VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov erməni seperatçılarının Qarabağda törətdiyi qətliamlardan, Xocalı soyqırımından, Qaradağlı faciəsindən , Umudlu kəndində və Dağlıq Qarabağda yerləşən digər Azərbaycan kəndlərində törədilən digər faciələrdən danışdı. Bildirdi ki, ermənilər onlara göstərilən dəstəkdən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılara qarşı vəhşiliklər törətdilər. 366- cı alayın birbaşa iştirakı ilə erməni seperatçıları azərbaycanlı əhaliyə divan tutdular. Xocalı soyqırımı dünyanın gözü qarşısında bir millətə, bir xalqa qarşı törədilmiş ən böyük cinayətdir. Hələ də dünya ictimaiyyəti ermənilərin bu vəhşiliyinə göz yumurlar. Bu cinayətə Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan və digər erməni cəlladları rəhbərlik ediblər. Ermənilər hər zaman ruslara arxayın olaraq Qarabağa yerləşdikdən sonra azərbaycanlı əhaliyə qarşı silahlı müqavimət göstəriblər. Bu sovet rejiminin onlara göstərdiyi açıq dəstəkdən irəli gəlirdi bu onunla nəticələndi ki, Qarabağ torpaqları işğal olundu. 30 ildən sonra Qarabağın böyük bir hissəsi azad olunsa da Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd, Umudlu və bir çox yaşayış yerlərimiz erməni seperatçılarının nəzarətindədir. Hazırda ruslar bölgəyə yerləşdirilib. Biz hələ də doğulduğumuz, böyüdüyümüz torpaqlara gedə bilmirik. Xocalı soyqırımının 30- cu il dönümünü Xocalıda qeyd etməli idik. Təəssüf ki biz Xocalıya gedə bilmirik. Ümidimiz ordumuza və xalqımızadır ki, yaxın vaxtlarda işğalda olan bütün torpaqlarımız yağı düşməndən azad olunacaq.
VHP Gəncə şəhər təşkilatının sədri Fizuli Həsənov və Göygöl rayon təşkilatının sədri, vətən müharibəsi veteranı Samil Bağırlıda çıxış edərək Xocalı soyqırımından, birinici və ikinci Qarabağ savaşlarından danışdılar, bildirdilər ki, 44 günlük vətən savaşında torpaqlarımızın böyük hissəsi işğaldan azad olunub, ümid edirik digər torpaqlarımızda azad olunacaq.