Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Müdafiə Nazirliyi: Komando hərbi hissələri peşəkar hərbçilərlə komplektləşdirilir -MÜSAHİBƏ

Baba Hətəmov

 

Müdafiə Nazirliyinin zabiti, Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Baba Hətəmovun  müsahibəsi

- Cənab polkovnik-leytenant, Vətən müharibəsində qələbəmizdən sonra son dövrlərdə Ordumuzda böyük islahatlar həyata keçirilir. Bu islahatlar aparılarkən Türkiyənin ordu modelinə üstünlük verilib. Bu modelin əsas götürülməsində və öyrənilməsində səbəb nədir?

- Azərbaycan Ordusu öz gücünü, qüdrətini və döyüş qabiliyyətini Vətən Müharibəsi zamanı nümayiş etdirdi və bu, hamının, bütün dünyanın qəbul etdiyi bir fakt oldu. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanata əsasən döyüşlər dayandırıldı və bu müharibə torpaqlarımızın azad edilməsi, eləcə də düşmənin kapitulyasiyası ilə nəticələndi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbi komandanlığın və şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirdi. Keçirdiyi görüşlərdə ordu quruculuğu prosesinin Azərbaycanda dövlət siyasətinin prioriteti olduğunu bir daha bildirdi və bu sahənin daim diqqət mərkəzində saxlanılacağını qeyd etdi.

İdarəetmənin təkmilləşdirilməsi, cari vəziyyətin fasiləsiz olaraq izlənilməsi, müasir texniki vasitələrlə qoşunlardan məlumatların sürətli əldə olunaraq analiz edilməsi, yaranmış vəziyyətin qiymətləndirilərək daha çevik qərar qəbul edilməsinə və bütün qoşunların Azərbaycan Ordusunun Baş Qərargahından birbaşa və fasiləsiz idarə olunmasına şərait yaradılması məqsədilə struktur islahatları aparıldı, qoşunların döyüş qabiliyyətini yüksəltmək üçün yeni birlik və birləşmələr yaradılıb, onların peşəkar hərbi kadrlarla komplektləşdirilməsi yolu ilə döyüş qabiliyyətlərinin daha da artırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilməkdədir.

Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib.

- Mütəmadi olaraq Türkiyə-Azərbaycan hərbçilərinin birlikdə təlimləri keçirilir. Digər dövlətlərin qoşunları ilə də bu cür təlimlər keçiriləcək?

- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Deyərdim ki, istər Türkiyədə, istərsə də Azərbaycanda keçirilən bu təlimlər, daha geniş miqyası ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqlənir. Bu baxımdan, təlimlərimiz diqqət mərkəzinə düşür və hər iki qardaş ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir.

Eyni zamanda, Azərbaycan Ordusunun birləşmə və hissələri digər dövlətlərin silahlı qüvvələri ilə də ikitərəfli və üçtərəfli təlimlərdə iştirak edir, bu təlimlər davamlı olaraq keçiriləcək. Beynəlxalq təlimlərdə, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində keçirilən tədbirlərdə, eləcə də Beynəlxalq Hərb Oyunlarında hərbi qulluqçularımızın iştirakı həm təcrübə qazanmaq, həm də praktiki vərdişlərin təkmilləşdirilməsi, həmçinin peşəkarlığın artırılması baxımından əhəmiyyətlidir, biz bunun müsbət nəticələrinin görürük. Düşünürəm ki bu kimi təlimlər və yarışlarda hərbçilərimiz gələcəkdə də uğurla iştirak edəcəklər.

- Orduda daha hansı yeniliklər gözlənilir?

- 44 günlük Vətən Müharibəsi zamanı həyata keçirilən hərbi əməliyyatların geniş təhlili aparılıb, təcrübəsi öyrənilib, nəticələr çıxarılıb və bu təhlillərdən bəhrələnərək Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsinin, döyüş hazırlığının, eləcə də şəxsi heyətin mənəvi psixoloji vəziyyətinin daha da yüksəldilməsi məqsədilə əməli tədbirlər həyata keçirilməkdədir.

- Bildiyimiz kimi, Azərbaycan Ordusunda Komando hərbi hissələri yaranıb. Sizcə bu hərbi hissələrin yaranmasının əhəmiyyəti və döyüş hazırlığı prosesinə verəcəyi töhfənin mahiyyəti nədən ibarətdir?

- Qoşunlarda döyüş hazırlığının təşkili mövcud şəraitə uyğun olaraq planlaşdırılıb və bölmələrin döyüş tapşırıqları nəzərə alınmaqla həyata keçirilib. Azərbaycan Ordusu qoşunların döyüş qabiliyyəti və potensialının artırılması üzrə bütün tapşırıqları uğurla yerinə yetirib.

44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Komando hərbi hissələri yaradıldı.

Yeni yaradılan hərbi hissələrin müxtəlif kateqoriyalı zabitləri və digər kateqoriyadan olan mütəxəssisləri təkmilləşdirmə kurslarına cəlb edilir. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adına sahib olmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, su üstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir.

Azərbaycan Ordusunun tərkibində yaradılan komando hərbi hissələrinin şəxsi heyətinin ixtisas hazırlığı üzrə bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədilə onlar ölkəmizdə və Türkiyədə komando kurslarına cəlb edilirlər. Onlarla müxtəlif şəraitlərdə əməliyyatların aparılması istiqamətində təlimlər keçirilir və keçiriləcək.

- Orduya yeni zabitlərin və mütəxəssislərin cəlb olunması istiqamətində hansı addımlar atılır?

- Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir.

Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.

Zabit, gizir-miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının attestasiyası ədalətli və obyektiv aparılır, onların karyera inkişafında attestasiya nəticələrinin nəzərə alınmasına ciddi riayət olunur.

- İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışları keçirilir. Ümumiyyətlə bu ərazilərdə nə qədər hərbi hissələrin yaranması planlaşdırılıb?

- Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan torpaqlarının bir hissəsi 30 ilə yaxın müddətdə işğal altında saxlanılıb. Bu müddət ərzində bütün yaşayış məntəqələri və infrastrukturlar talan olunub, darmadağın edilib. Lakin torpaqlarımız azad edildikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən bu ərazilərdə yerləşən hərbi hissələr üçün yeni dislokasiya məntəqələri inşa edilməsi işlərinə başlanılıb. Buna misal olaraq Kəlbəcər və Laçın rayonlarının ərazisində yeni inşa edilən hərbi şəhərcikləri və digər hərbi infrastruktur obyektlərini göstərmək olar. İnşa edilən yeni şəhərciklərin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən iştirakı onun Azərbaycan Ordusuna xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Bu il fevralın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da Laçın rayonu ərazisində yeni inşa edilən hərbi şəhərcikdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olub və müvafiq göstərişlər verib. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi şəhərciklərin və digər hərbi obyektlərin inşa edilməsi uğurla davam etdirilir.

- Ordunun silah arsenalının daha da güclənməsi nəzərdə tutulub?

- 44 günlük Vətən Müharibəsi dövründə ən müasir silah və döyüş texnikalarının uğurlu tətbiqi ilə Azərbaycan Ordusu öz adını müharibə tarixinə qızıl hərflərlə yazdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycan Ordusunun arsenalının yeni silah və texnika ilə davamlı olaraq komplektləşdirilməsini xüsusi vurğulayır. Bu gün də Azərbaycan Ordusunun ən müasir silah və texnikalarla komplektləşdirilməsi davam etdirilir. Türkiyə və digər qabaqcıl ölkələrin istehsalı olan ən yeni və ən müasir gücə, dəqiqliyə malik silahlar Azərbaycan Ordusunun silahlanmasına qəbul edilir. (apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam