Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

"Başıma bir iş gəlsə ağlamayın"...-Şəhidin son sözləri // VİDEO

"Başıma bir iş gəlsə ağlamayın"...-  Şəhidin son sözləri // VİDEO


20.12.2020-ci il tarixində 44 günlük zəfər tarixini əsrlər boyu yaşamağı bizə nəsib edən daha bir şəhidimiz Elçin Bağırovun anım günü mərasimi keçirilib.

Tədbirə şəhidin dəfn olunduğu ll fəxri xiyabanda Azərbaycan respublikasının himni ilə start verilib.

Bağırov Elçin 1989-cu ildə Ağdam rayonunda anadan olub. Evli idi. 4 körpə övladı var.

2020-ci ilin sentyabr ayında Ali baş komandanın əmri ilə səfərbərlik elan edilən kimi, könüllü olaraq cəbhəyə yollanan 4 körpə atası Elçin Bağırov yola düşərkən, anasına son sözü - "başıma bir iş gəlsə ağlama, ana" kəlimələri oldu.

Döyüş yoldaşlarının sözlərinə görə Elçin döyüşlər zamanı böyük qəhrəmanlıq və fədakarlıq göstərmişdir. O yaralı olsa da döyüş meydanından geri çəkilmədi. Yarasından axan qanının son damlasına qədər vuruşdu.



Elçin Bağırov kimi minlərlə oğullar son nəfəslərinədək tutduqları haqq yolundan geri çəkilmədilər. Nəhayət ki, qanları, canları bahasına qalib olmağı, 30 illik utancdan və həsrətdən, əsarətdən qurtulmağı və eyni zamanda bütün Azərbaycanımızı xilas etməyi bacardılar.
Ölümün gözünə dik baxaraq, bacardılar

Bundan sonra da illlər, əsrlər boyu Azərbaycan var olduqca, qeyrətli vətən oğulları da yaşayacaq.

Onlar, indiki, gələcək nəsillərin ürəyində, anaların duasında, məktəblilərin dərsliklərində, şairlərin şeirlərində, mahnılarda, rəssamların əsərlərində əbədi yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin.

Amin.

DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam