Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“25 nəfər diri-diri gözlərimin önündə yandı” -FOTOLAR

Xilasedici... Onlara xilaskar desək, yanılmarıq. Çünki bu peşə sahibləri insanların həyatını xilas etmək üçün öz həyatlarını belə riskə atırlar.

Yenixeber.org: Bu gün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır. 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Teymur Cəbiyevin təəssüratlaarını və xatirələrini təqdim edir.

İlk növbədə bildirək ki, qurumun “112” qaynar xidmətinə çağırış daxil olur. 

Reqlamentə görə, xilasedici qrup çağırış daxil olduqdan cəmi bir dəqiqə ərzində xidməti postdan çıxmalı və ən gec 5-7 dəqiqə ərzində hadisə yerinə çatmalıdır.

T. Cəbiyev deyir ki, 2010-cu ildən xidmətdə xilasedici kimi çalışır:

“2019-cu ildən xidmətdə qrup rəisi kimi çalışıram. İllər əvvəl 8-ci kilometrdə yerləşən “Vasmoy” bazarının qarşısında bina partlayışında xilasedicilərin işini gördüm və qərara aldım ki, mən də bu peşənin sahibi olmalıyam.

Daha sonra müraciət etdim və xilasedici kimi çalışıram. Bu peşə çətindir, hər an hər şeyə hazır olmalısan. Elə olur ki, günlərlə evə gəlmirsən, yaxud da, qarşılaşacağın hadisənin nə olduğunu bilmirsən. Daim stresli, tükürpərdici hadisələrlə qarşılaşırıq”.

T.Cəbiyevin sözlərinə görə, gün ərzində daha çox yol qəzası, liftə qalma, bağlı qapı arxasında qalanlara kömək edirlər. Eyni zamanda, bina partlayışı, intihar hadisələri də olan zaman əraziyə çıxırlar. 

Bu peşə sahiblərinin işi bəzən belə gərgin anlarla yadda qalır.

O, işlədiyi dövrdə unutmadığı dəhşətli hadisəni belə xatırlayır:

“Xilasedici kimi xidmət etdiyim dövrdə mənim üçün ən dəhşətli hadisə Zığ qəsəbəsində yerləşən Narkoloji dispanserdə baş verən yanğın hadisəsi olub. Təsəvvür edin ki, insan binanın içində diri-diri yanır və sən buna şahid olursan. 25 insan... Yanğın söndürüldükdən sonra iş yoldaşlarımla binaya daxil olduq və gördüklərim məni dəhşətə gətirdi.

Yanmış insanlar, cəsədlər... Bədəninin yarısının tamamilə yanaraq kül olduğu insanlar vardı. Yanan insanların qoxusundan ərazidə dayanmaq mümkün deyildi. Gördüyüm mənzərə bir müddət gözümün qarşısından getmədi...”.

O daha bir unuda bilmədiyi hadisə barədə danışıb:

“Üç yaşlı qızın əli ətçəkən maşında  qalmışdı. Ətçəkən maşını kəsib qızın əlini çıxardıqda gördük ki, qızın sol əlinin bütün barmaqları kəsilib”.

T.Cəbiyev Gürcüstanda meşə yanğınlarında, Türkiyənin Van şəhərində baş vermiş zəlzələdə dağıntılar altından insanların və meyitlərinin çıxarılmasında da iştirak edib. 

Xilasedicilərin işi hər gün səhər saat 09:00-dan axşam 18:00-a qədər davam edir. Xilasetmə 24 saat növbətçilik aparılır. 

T. Cəbiyev xidməti dövründə yadında qalan maraqlı hadisələrdən də danışıb:

“Suraxanı rayonunda bağlı qapı arxasında qalan şəxslə bağlı məlumat daxil oldu. Əraziyə cəlb olunduq və qapını açıb içəriyə daxil olduqda yaşlı qadının vəfat etdiyini gördük. Daha sonra hadisə yerinə qadının iki qızı gəldi. Təsəvvür edin ki, qadının meyiti qalıb ortada, amma qızlar ev davası edir, otağı axtarırlar ki, sənədləri tapsınlar “gülür).

İnsanları ölüm təhlükəsindən qurtaranlara bu qürurlu işdə uğurlar arzulayırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam