Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında -memorandum imzalandı

 

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında imzalanan Memorandumun qarşıya qoyduğu məqsəd və vəzifələr

Yenixeber.org: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası (QHİF) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumu Azərbaycan tərəfdən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan tərəfdən isə QHİF sədri Satıbaldı Dauletalin imzalayıblar.

Memorandum işçilərin mənafeyinin və hüquqlarının qorunmasını, həmkarlar ittifaqlarının yeri və rolunun səmərəli müdafiəsi üçün birgə səylərin göstərilməsini, hər iki dövlətin əməkçiləri və xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsini, həmkarlar ittifaqları arasında effektli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini nəzərdə tutur.

Sosial tərəfdaşlığın və ictimai nəzarətin forma və üsullarının işlənib hazırlanması, işsizliyə qarşı mübarizə, əməyin mühafizəsi və təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, işçilərin sosial müdafiəsi, kadrların hazırlanması, işçilərin sağlamlığının qorunması və istirahətlərinin təşkili, ümumi və müalicəvi turizmin inkişafına köməklik, istirahətin təşkili üzrə ikitərəfli məsləhətləşmələrin aparılması əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Həmçinin tərəflər işçilərin ayrılmaz hüquqlarının müdafiəsində, həyat səviyyəsinin yüksəldilməsində, həmkarlar ittifaqı üzvlərinin maraqlarının pozulmasına qarşı həmrəylik nümayiş etdirəcək, hər iki ölkənin həmkarlar ittifaqları öz fəaliyyət və mövqelərini əlaqələndirəcək, beynəlxalq təşkilatlarda və tədbirlərdə bir-birinə qarşılıqlı dəstək verəcəklər.

Hər iki tərəf sosial tərəqqi, demokratik hüquqlar, sülh və xalqların təhlükəsizliyi naminə beynəlxalq həmrəyliyin və müxtəlif ölkələrin həmkarlar ittifaqları arasında birliyin möhkəmləndirilməsinə töhfələr verəcəklər.

Memorandumda birgə kütləvi idman və folklor tədbirlərinin keçirilməsi, turist qruplarının mübadiləsi, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə verən digər fəaliyyətlərin həyata keçirilməsi də nəzərdə tutulub. Eləcə də tərəflər arasında qarşılıqlı maraq doğuran fəaliyyətlər barədə informasiya, təcrübə mübadilələri həyata keçiriləcək, qarşılıqlı səfərlər təşkil olunacaq.

Memorandumda işçilərin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı birgə tədqiqatların aparılması, tövsiyələrin, proqramların, normativ hüquqi və qanunvericilik aktlarının layihələrinin hazırlanması məsələləri də öz əksini tapıb.

Qeyd edək ki, Memorandum 5 il müddətinə bağlanıb, tərəflərdən biri ən azı 3 ay əvvəl onu ləğv etmək niyyəti barədə digər tərəfə bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaq.

Bu sənəd Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında mövcud əlaqələrin daha da dərinləşməsinə, bəzi istiqamətlərdə əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına və inkişafına mühüm töhfə verəcək.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam