Redaktor seçimi
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Günün xəbəri

 Ağcabədidə SAXTA COVİD PASPORTU İŞİ-NDƏ MƏMUR ADI... -HALLANDIRILIR...

 
Yenixeber.org: Ağcabədi rayonun Avşar kəndində COVİD-19 virusuna qarşı peyvəndlənmə zamanı baş verən saxtakarlıqla bağlı redaksiyamıza məlumatlar daxil olub.

Qeyd edək ki, “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin Avşar kənd həkim məntəqəsində 70 nəfərə yaxın şəxsə saxta COVİD-19 pasportu verilib. Saxta COVİD-19 pasportu verilənlər arasında Ağcabədi rayon sakinləri ilə yanaşı Bakı, Sumqayıt, Masallı, Kürdəmir və digər bölgələrdən olan şəxslər də var.

Redaksiyamıza daxil olan məlumata görə, Ağabədi rayon sakini Şirinov Vətən Pöhrüz oğlu Avşar kəndində COVİD-19 virusuna qarşı peyvəndlənmə zamanı baş verən saxtakarlıqla Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib. Bir sürəti də redaksiyamıza daxil olan müraciətdən aydın olur ki, Şirinov Vətən Pöhrüz oğlu vətəndaşlara saxta COVİD-19 pasportu verilməsində Avşar kənd Tibb Məntəqəsinin həkimi Əyşən Ələkbərovanı və onun yaxın qohumu, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlunu ittiham edir. Vətən Şirinov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciətində yazır ki, peyvəndləmə saxtakarlığı maddi maraq müqabilində həyata keçirilib.

Müraciətdən aydın olur ki, saxta peyvəndləmə ilə bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. Ancaq Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hafiz Hüseynovun məsuliyyətdən kənarda qalmasısna yönəlik addımlar atıldığı ilə bağlı iddia artıq araşdırmanın formal xarakter aldığını göstərir.

Vətən Şirinov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraiət edərək Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin Avşar kənd Tibb Məntəqəsində 70 nəfərə yaxın şəxsə saxta COVİD-19 pasportu verilməsi ilə bağlı cinayət işini nəzarəti altına almasını, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlunun məsuliyyətdən kənarda qalmamasını təmin etməyi xahiş edir.(aztoday)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam