Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saxta COVID-19 pasportu satan xəstəxananın baş həkimi sabiq prokurorun qardaşı imiş - FOTO

Saxta COVID-19 pasportu satan xəstəxananın baş həkimi sabiq prokurorun qardaşı imiş – FOTO

 

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə 33 saylı Şəhər Poliklinikasında əməliyyat keçirib. Poliklinikanın əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Yenixeber.org: Redaksiyamıza sözügedən xəstəxanayla bağlı maraqlı məlumat daxil olub.

Belə ki, sözügedən poliklinkanın baş həkimi Nazim İldırımzadədir. Nazim İldırımzadə tanınmış prokuror Yusif İldırımzadənin qardaşıdır.

Bir müddət əvvəl Yusif İldırımzadənin qardaşı, bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilmişdi. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Yusif İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.( qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam