Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Səlahiyyətləri əlindən alınan banklar kimlərə məxsusdur? - ADLAR

 
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın İdarə heyətinin qərarı ilə  Azərbaycanda fəaliyyət göstərən 4 bankın - “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.
Yenixeber.org: Adları qeyd olunan bankların aktivləri bank sektoru üzrə qeydə alınan ümumi aktivlərin təxminən 4,5%-nə bərabər olub.
Müvəqqəti inzibatçı təyin olunan bankların içərisində aktivlərinin həcminə görə ilk sırada “AtaBank” ASC dayanır.
Qeyd edək ki, “AtaBank” ASC-nin əsas səhmdarı 86% ilə “Synergy Group” MMC-dir. Bundan başqa bankın səhmlərinin 14%-i müxtəlif fiziki şəxslərə məxsusdur.
“Amrah Bank” ASC əsas səhmdarı 53,17%-lik payla İldırımzadə Yunis Əli oğludur. Bundan  başqa “Amrah Bank” ASC -nin səhmlərinin 45,84%-i “İİB Caspian İnvestment LTD” şirkətinə məxsusdur. Eyni zamnada bankda İldırımzadə Elza Abbas qızı, İldırımzadə Əmrah Yunis oğlu və İldırımzadə Xaliq Yunis oğlunun hər birinə məxsus 0,33%-lik pay mövcuddur.
Qeyd edək ki, İldırımzadə Yunis Əli Xətai rayon prokuroru, sabiq Daxili işlər naziri Ramil Usubovun qudası Yusif İldırımzadənin qardaşıdır.
“AGBank” ASC-nin əsas səhmdarı isə Çingiz Əsədullayev hesab olunur. Milli Məclisin sabiq deputatı olan Çingiz Əsədullayev bankda 33,57% paya sahibdir. Çingiz Əsədullayevdən başqa bankın səhmdarları bunlar olub:
Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%
Kazimir Partners şirkəti - 2,45%
Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%
Marçenko Qriqoriy - 8.30%
Səhmdarların ümumi sayı 83, minaritariyaların sayı 82 onların ümumi payları - 66,43%
“NBC bank”ın səhmlərinin əksəriyyəti isə ölkənin tanınmış iş adamlarından olan “Nurgun Group” şirkətinin sahibi Nuru Əliyevə məxsusdur.
Digər səhmdarlar isə bunlar olub:
6,42% - Aynur Kamalova
6,42% - Aysel Usubova
6,16% - Nüşabə Səfiyeva
6,02% - Nurgun Group
4,30% - Surxay Əhmədov
2,72% - Caspian Insurance CO. Şirkəti 
1,02% - Elnur Səfiyev
1,02% - Nicat Səfiyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam