Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəkidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə -613 ağac əkilib

 

 

 Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 23-də Şəkidə ağacəkmə aksiyası təşkil olunub. Soyqırımın 29-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada şəhər rəhbərliyi, idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də gənc fəallar iştirak edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, aksiyada Şəki Şəhər Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib. Polislər tərəfindən yeni əkilən tinglər suvarılaraq onlara aqrotexniki qulluq göstərilib. Ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Aksiya zamanı Heydər Əliyev Mərkəzinin ərazisində və Şəki-Qax-Zaqatala avtomobil yolunun kənarında ümumilikdə 613 tuya və digər həmişəyaşıl ağaclar əkilib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam