Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qubalı polislər də ağac əkdilər-FOTOLAR

 

Yenixeber.org: Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında olduğu kimi Quba rayonunda da ağacəkmə aksiyası keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, keçirilən tədbir zamanı Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və şöbənin bütün şəxsi heyəti iştirak ediblər.

Tədbirin əvvəlində polis əməkdaşları tərəfindən ərazi təmizlənib, əkin üçün lazım olan quyular qazılıb. Daha sonra polislər rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan şam ağacları əkiblər. Aksiya çərçivəsində RPŞ-nin şəxsi heyəti ümumilikdə 150 ağac əkərək, onlara aqrotexniki qaydada qulluq göstəriblər.

Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülüb, həmçinin ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam