Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır

 

“Nar”ın baş sponsorluğu ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 17-ci mövsümü başlayır.

Yenixeber.org: Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparacaq. Yarışda iştirak edəcək komandalar region, universitet və sponsor komandaları olmaqla 3 diviziona bölünüb. Hər divizion üzrə qalib gələcək komandalar finalda “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, builki mövsümdə ilk dəfə “Nar”ın dəstəklədiyi “Qarabağ” komandası da mübarizəyə qoşulacaq. Komandanın üzvləri işğaldan azad edilmiş bölgələrin intellektualları olacaq. Fevralın 19-dan start götürəcək yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada yayımlanacaq.

 

Qeyd edək ki, ölkədə karantin rejiminin davam etməsi ilə əlaqədar olaraq yarış pandemiya şərtlərinə uyğun keçiriləcək. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda mübarizə aparacaq. Bundan başqa, yarışda iştirak edən hər komanda və heyət üzvü çəkilişdən öncə “COVİD-19” testindən keçməlidir.

 

Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri ilə burada tanış olmaq olar.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam