Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” -"Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub

 

  

Gənclərin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar” chess.az saytının "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub. Seriya 8 turnirdən və böyük finaldan ibarətdir. Turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyır.

 

Yenixeber.org: Martın 14-də baş tutacaq böyük finalda 8 turnirin nəticələrinə görə, 10 ən güclü şahmatçı mübarizə aparacaq. Qalib gələcək şahmatçılar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Seriya lichess.org şahmat platforması üzərindən keçirilir. Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə karantin rejiminin davam etməsi səbəbindən şahmat yarışları onlayn keçirilir.    

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam