Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya bazarına “ilk” qayıdan pomidor istehsalçısı

 

Yenixeber.org: Bügündən Rusiyanın Azərbaycandan pomidor idxalına qoyduğu qadağa aradan qaldırılmağa başlayır. Bu ölkənin nəzarət orqanı (Rosselxoznadzor) ilk olaraq “Aqroterm” MMC-nin istixanasında yetişdirilən pomidorları təhlükəsiz hesab edib və Rusiya ərazisinə buraxmaq barədə qərar verib.

Maraqlıdır ki, açıq mənbələrdə bu şirkət və onun Xızı rayonundakı istixana təsərrüfatı barədə hər hansı məlumat yoxdur. Dövlət Vergi Xidmətinin kommersiya hüquqi şəxslərin reyestrinə görə,  “Aqroterm” MMC 2017-ci ilin yanvarında Bakıda, Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində dövlət qeydiyyatına alınıb https://vergiler.az/media/archive/2019/07/23/newspaper_20190723163527.pdf. Yüz manat kapitalla qurulan şirkətin nizamnamə kapitalı hazırda 5,1 milyon dollara çatıb. Şirkətin direktoru Pərviz Məmməd oğlu Əliyevdir. Bu şirkətin yaradılmasından təxminən 3 ay öncə P. Mmmədovun iştirakı ilə həmin bağ evində başqa bir şirkət - “Aqronet” MMC https://vergiler.az/media/archive/2019/07/23/newspaper_20190723161036.pdf yaradılmışdı. Lakin bu şirkət 2019-cu ilin noyabrında ləğv edilib https://vergiler.az/news_print.php?announcement_id=18544. Qeyd edək ki, iş adamı Pərviz Əliyev 2018-ci ildə Bakıda daha 4 şirkətin (“Hövsan Tikinti Servis” MMC, “APM” MMC, “Hövsan Tikinti Məmulatları” MMC və “Hövsan Elektrik” MMC) təsis olunmasında iştirak edib.

Qeyd edək ki, Rusiya yaxın günlərdə Azərbaycanın daha iki pomidor istehsalçısına idxal qadağasını götürəcəyini anons edib

Dekabrın 8-də axşam Rusiya Azərbaycandan pomidor və almaların gətirilməsini qadağan edib. Bitki və meyvələrdə zərərvericiləri aşkar etdikdən sonra qadağan Rosselkhoznadzor tərəfindən təqdim edildi.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam