Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Dünyanın gözü peyvənddə!-Azərbaycana nə vaxt və hansı ölkənin peyvəndi gətiriləcək?

 

Yenixeber.org: Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində açıqlama verildi ki, koronavirusa qarşı peyvəndlərin ölkəyə gətiriməsinə də az qalıb. Peyvəndlərin ilk olaraq risk rupuna daxil olan şəxslərə vurulacağı bildirilir.

Lakin hansı peyvənd? Bir çox ölkə müxtəlif peyvənd növləri üzərində iş aparır. Bəziləri artıq müsbət nəticələrlə bağlı açıqlama da verib və hazırlanmış peyvəndlərin müsbət effekt verdiyini elan ediblər. Məsələn, Çin, Rusiya, ABŞ, Almaniya, Britaniya kimi ölkələrdə peyvəndin hazırlanmasında ciddi uğurlar əldə olunub. Lakin hələ ki bir çox istehsalçı ölkənin özündə də əhalinin kütləvi peyvəndlənməsinə başlanılmayıb. (Qismən Çin istisnadır.) Bu prosesin nə vaxt başlayıb, yekunlaşacağı və başqa ölkələrə peyvənd ixracının nə zaman gerçəkləşəcəyi məlum deyil. Azərbaycanın da hansı peyvəndi nə vaxt əldə edəcəyi hələ ki qeyri-müəyyəndir.

Sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, Azərbaycan Dünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənməyən peyvəndi almayacaq:

“Dünya Səhiyyə Təşkilatı hansısa peyvəndi təsdiqləyərsə, o peyvənd əldə olunacaq. Peyvəndin hansı ölkənin istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq”.

Çinin “Sinovac Biotec” şirkətinin peyvəndi bu ölkədə xüsusi risk qrupundan olan bir milyon nəfərə vurulub. İlkin nəticələr göstərir ki, vaksin virusa qarşı 97 faiz uğurludur. Artıq bir neçə ölkə peyvəndin eksperimental tətbiqi ilə bağlı danışıqlara da başlayıb. Bunlar arasında Türkiyə də yer alır.

Türkiyəli həkim Muhammed Emin Akkoyunlu qeyd etdi ki, bu peyvəndlərin təsirləri, yan təsirləri bir-birindən fərqlidir:

“Çox güman ki, istifadəsi də bir-birlərindən fərqli olacaq. Çin vaksini zəifləmiş bir virus peyvəndidir. Həyata keçirilən işlərin nəticələri hələ açıqlanmadığı üçün konkret nəsə söyləmək mümkün deyil. Amma allergik fəsadların ortaya çıxa bilməsi ilə bərabər, təsirinin də 90 faizin üzərində olacağını təxmin edirik”.

Həkimin sözlərinə görə, Türkiyə 10 milyon doza “Sinovac” sifariş edib:

“Bu doza təxminən 5 milyon insana vurulucaq. Ehtiyac olarsa, daha 50 milyon doza alacağımıza dair müqavilə də imzalanıb. Təəssüf ki, əlimizdə mətbuata açıqlandığından artıq məlumat yoxdur”.

Azərbaycan da peyvəndlə bağlı bəzi istehsalçılarla danışıqlar aparır. Həkim-pediatr Aytən İsmayılzadə bildirdi ki, koronavirusun bir çox formaları var:

“Forma deyəndə müxtəlif kliniki əlamətlər nəzərdə tutulur. Koronavirusun da yarımtipləri mövcuddur. Və hər birinə qarşı vaksinin işləyəcəyini də bimirik. Əlbəttə, bu, alimlərin üzərinə qoyulmuş bir məsuliyyətdir ki, ən azından tələsik qərarlar verilməsin və heç olmasa, peyvəndləmə də boşuna edilmiş olmasın. Çünki bu da bir madiyyat tələb edir”.

Həkim əlavə etdi ki, vaksinin nə dərəcədə effektiv olduğunu zaman göstərəcək:

“Peyvəndlər adətən 98 faiz qoruma effektinə malik olur. Amma bu, o demək deyil ki, 98 faiz insan heç yoluxmur. Yoluxa bilir. Əsas olan ağırlaşmanın baş verməməsidir. Xəstəliyə yoluxsalar da, yüngül keçirsinlər. Əgər bu, koronavirusa qarşı olan peyvənddə alınacaqsa, çox yaxşı olar. Yəni xəstələnmə baş verəcək, amma ağırlaşma çox olmayacaq”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam