Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Taksi qadağası-Fəaliyyəti qadağan olunmamış sahələrdə çalışanlar işə necə gedib-gəlsin?

 

Yenixeber.org: Noyabrın 21-dən dekabrın 28-dək həftə sonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyətinə qadağa qoyuldu. Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb. Həmin siyahıda taksi xidməti yoxdur.

Qərara əsasən həftə sonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək.

Lakin fəaliyyəti qadağan olunmamış sahələrdə çalışanların işə gedib-gəlmələri ilə bağlı bir çox problemlər meydana çıxır. Bəs, həmin insanlar, şəxsi avtomobilləri yoxdursa, evdən işə, işdən evə getmək üçün hansı nəqliyyat vasitəsindən istifadə etməlidirlər?

Bakı Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları dayandırılacaq:

“Qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq. Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq”.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu gün (20 noyabr) artıq 3169 nəfərin yoluxması ilə bağlı statistikanı öyrəndik:

“Təsəvvür edin ki, bu, yalnız koronavirusa görə testdən keçmiş və yoluxduğu müəyyənləşdirilmiş insanların sayını göstərir. Onlarla təmasda olan, yoluxub, amma testdən keçməyən insanların sayını da əlavə etsək, kifayət qədər böyük bir rəqəm alınar”.

Ekspert Operativ Qərargahın həyata keçirdiyi tədbirləri ciddiyə almağı tövsiyə edir:

“Müəyyən qadağalar ki, var, həmin qadağalara artıq özümüzü adaptasiya etməliyik. Artıq o qadağalara uyğunlaşmağın zamanıdır”.

Taksilərlə bağlı verilən qərara gəldikdə isə ekspert burada ikili yanaşmanın mövcudluğunu vurğuladı:

“Fərqlənmə nişanı ilə təmin olunmuş taksi sürücülərinə icazə verilib. Amma ölkə ərazisində, xüsusən Bakı şəhərində taksi xidməti həyata keçirən xeyli fiziki şəxs var ki, onların böyük əksəriyyətində bu fərqlənmə nişanları yoxdur. Xüsusilə məhlə aralarında, prospektlərdə dayanan taksilərə də bu qərarın şamil olunması yaxşı olardı. Amma digər tərəfdən, kim zəmanət verə bilər ki, xüsusi fərqlənmə nişanı olan taksi xidmətində vətəndaşlarımız yoluxmayacaq? Yəni bu baxımdan, təbii ki, xidmətin keyfiyyətinə, doğru təşkilinə nəzarət daha önəmli olmalıdır. Koronavirusla mübarizə fonunda nəzərdə tutulan qaydalara taksi sürücülərinin əməl etməsinə nəzarəti gücləndirmək lazımdır”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam