Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dializ xəstələri şikayət edir

 

             

                    Müalicədə istifadə olunan bəzi dərmanlar dövlət proqramından çıxarılıb

Yenixeber.org: Gəncə şəhəri, Abbas Səhhət adına 1 saylı Xəstəxananın hemodializ şöbəsinin pasientlərindən biri – Hidayət Çobanov ünvanımıza şikayət ünvanlayıb.

H.Çobanov şikayətində qeyd edib ki, 2013-cü ildən sözügedən xəstəxanada müalicə alır:

“2018-ci ilə qədər vəziyyət belə deyildi, dərmanlarımızın hamısı vaxtlı-vaxtında gəlirdi. 2018-ci ildən sonra “Essensiale” və “Riboksin” adlı dərmanları seansdan çıxardılar və xəstələrə vermirlər. “Venafel” adlı preparatı ayda 3 dəfə verirdilər, indi isə bircə dəfə verirlər. “Kartan” əvəzinə, ayda beş dənə olmaqla, ucuz “Karnitin” verirdilər, indi onu da ayda bir dəfə verirlər. Demək olar ki, bütün dərmanları yarıbayarı azaldıblar və bu da xəstəliyin ağırlaşmasına səbəb olur”.

Şikayətçi məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdiyini söyləyir:

“Amma problemimizin həll olunması üçün köməklik edən yoxdur. Səhiyyə Nazirliyindən bildirdilər ki, hökumətin ayırdığı vəsaitlə əvvəlki kimi dərmanları almaq olmur, dərmanlar dollarla xaricdən alınır. Adlarını çəkdiyim dərmanları öz pulumuzla almaq məcburiyyətindəyik. Bir dəfə ala bilirik, növbəti dəfə yox…”

Hidayət Çobanov xəstəxanada həkim çatışmazlığının da olduğunu deyir.

Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun rəsmisi məsələni araşdıraraq qısaca bildirdi ki, şikayətçinin adlarını çəkdiyi dərmanlar dövlət proqramından çıxarılıb. 2008-2017-ci illərə qədər həmin dərmanlar verilirdi, yeni proqram əsasında artıq bu dərmanlar dayandırılıb.(pressklub)

Ülviyyə Şahin

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam