Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Hadı Rəcəblinin nəvəsinin toyunda Emin Ağalarov da iştirak edib - Ailədən AÇIQLAMA

Hadı Rəcəblinin nəvəsinin toyunda Emin Ağalarov da iştirak edib -  Ailədən AÇIQLAMA

Bəzi KİV-lərdə sabiq deputat Hadi Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.

Yenixeber.org: Məsələni dəqiqləşdirmək üçün Hadi Rəcəblinin ailəsi ilə əlaqə saxladıq.

Ailədən sayta verilən məlumata görə,  toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:

“Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:

“Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov (“Sea Breeze” restoranın sahibi-red.) da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.

Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib. (yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam