Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“XİN sistemindəki yeniliklər təqdir edilməlidir” -Fazil Mustafa

“XİN sistemindəki yeniliklər təqdir edilməlidir” -    Fazil Mustafa
“Xarici İşlər Nazirliyi sistemindəki yeniliklər təqdir edilməlidir. Konkret olaraq Gürcüstandakı səfirin hansı səbəbdən dəyişdirilməsini bilmirəm. Amma bu normal prosedurdur ki, səfirlər ya geri çağırılır, ya da yeri dəyişdirilir”.
Yenixeber.org: Bunu açıqlamasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, əvvəldən yığılıb qalan bəzi arzuolunmaz problemlərin həlli yeni rəhbərliyin fəaliyyətindən asılı olacaq:

“Ümumilikdə XİN sistemində dəyişiklik ab-havası hiss olunur. Xarici İşlər Nazirliyinə yeni şəxsin rəhbərlik etməsi bu dəyişikliklərdə öz rolunu oynayır. Hər halda bizə ümid etmək qalır ki, sistemdə daha samballı, keyfiyyətli və hazırlıqlı kadrların yer alması ənənəyə çevriləcək. Yeni diplomatlarımızın hazırlıq səviyyəsi imkan verəcək ki, xarici ölkələrdə daha aktiv olsunlar. Yəni sistemdə daha çox işlədikləri ölkələrin strukturları ilə fədakarcasına çalışan insanlarımızı görmək istərdik. Bu reallaşarsa, düşünürəm ki, xarici siyasətimizdə xeyli irəliləyişlər əldə oluna bilər”.

Deputat onu da deyib ki, Azərbaycanda kifayət qədər kadr potensialı var. Artıq diplomatiya sahəsindən kənarda olmuş şəxslərin səfir gətirilməsinə ehtiyac yoxdur: “Düşünürəm ki, daxildə xeyli sayda qabiliyyətli, gənc olmasına baxmayaraq, hazırlıqlı olan vətənpərvər, işini bilən kadrlarımız var. Sadəcə olaraq bundan sonra onlardan istifadə etmək və seçimlərdə düzgün qərarlar vermək lazımdır. Bu sistemdə qohumbazlıq, yaxud da hansısa arzuolunmaz vərdişlərdən çıxmaq lazımdır. Bunlar baş versə, dövlət mənafeyi əsas götürülsə, zənnimcə, yeni, gənc perspektivli kadrların irəli çəkilməsində heç bir problem yaşanmaz. Yox, əgər sistemdə gənc kadrlar irəli çəkiləndə, əvvəlki illərdə olduğu hansısa kadrı seçəndə özünə “yaxın” adama üstünlük vermək prinsipi qalacaqsa, əvvəlki problemlər davam edəcək. Qısası, dəyişiklik ab-havası hiss olunmaqdadır və həbs olan səfirin məsələsinə gəldikdə isə hələ ki, bununla bağlı detallar yalnız istintaqa bəllidir. Araşdırmalar gedir və əməllərində qanun pozuntuları varsa, onları ortaya qoyacaqlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam